"Tarix də göstərir ki, ermənilər daim Azərbaycan torpaqlarını zəbt etmək naminə birləşə biliblər...”

12-06-2019, 23:36 62 dəfə baxılıb

"Tarix də göstərir ki, ermənilər daim Azərbaycan torpaqlarını zəbt etmək naminə birləşə biliblər...”


“Ermənilər lazım olanda ümummilli məsələlərdə birlik nümayiş etdirirlər...”

Bunu Moderator.az-a açıqlamasında erməni dilində mükəmməl bildiyindən Ermənistan telekanal və saytlarını mütəmadi izləyən sabiq deputat Maksim Musayev bildirib.

“Bir tərəfdən, Ermənistan və Qarabağ klanları arasında, digər tərəfdən, Dağlıq Qarabağdakı hərbi-siyasi qruplaşmalar arasındakı ziddiyyətlər, Robert Köçəryanın yenidən başlanan məhkəməsi, 2020-ci ildə keçiriləcək saxta “prezident seçkiləri” öncəsi namizədlərin tərəfdarları arasındakı müxtəlif insidentlər fonunda separatçı erməni rejimi ətrafındakı proseslərin sonunu necə görürsünüz? Bütün bunlar “prezident” seçkiləri” ərəfəsində qruplaşmalar arasında hərbi-siyasi qarşıdurma ilə nəticələnə biməz ki?” suallarına cavabında M.Musayev belə deyib:

“Yalnız üzdə olan hadisə və insidentlər əsasında nəticə çıxarmaq olmaz. Tarix də göstərir ki, siyasi və ideoloji fərqliliklərə baxmayaraq, Azərbaycan torpaqlarını zəbt etmək naminə ermənilər daim birləşə biliblər. Ona görə hesab edirəm ki, belə getsə, yəni 2020-ci ilədək Azərbaycan dövləti torpaqlarımızın azad edilməsi üçün hər hansı qəti bir əməliyyat keçirməsə, ermənilər arasında seçki prosesinə xas olan müəyyən siyasi ziddiyyətlər yaransa da belə, düşmənlərimiz ümumi dil taparaq saxta “prezident seçkilərini”də sakit şəkildə keçirəcəklər...”


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR