Təzə rəis Tərtərdə təmizləməyə başladı... - İşdən çıxarılanlar var

7-12-2018, 16:19 109 dəfə baxılıb

Təzə rəis Tərtərdə təmizləməyə başladı... - İşdən çıxarılanlar var

Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) rəis müavinləri işdən çıxarılılb.

"Report"un Qarabağ bürosunun xəbərinə görə, şəxsi heyətlə iş üzrə köməkçi, rəis müavini polis polkovnik-leytenantı Ərşad Əhmədov, xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Əfqan Qurbanov, şöbənin cinayət axtarış bölməsinin rəisi, polis mayoru Anar Hüseynov və şöbənin kadrlar üzrə baş inspektoru, baş leytenant Firudin Ağayev tutduqları vəzifədən azad ediliblər.

İşdən çıxan rəis müavinləri və bölmə rəisi vəzifələrinə hələlik təyinat yoxdur.

Xatırladaq ki, bir müddət əvvəl daxili işlər naziri Ramil Usubovun əmri ilə Elçin Qasımov Tərtər RPŞ-yə rəis təyin olunub.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR