Vəkil Ruslan Mirzəyevdən Anar Bağırova şikayət var-300 manatı qaytarmır

15-09-2019, 22:56 112 dəfə baxılıb

Vəkil Ruslan Mirzəyevdən  Anar Bağırova şikayət var-300 manatı qaytarmır

Saytımıza Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin Sədri
Anar Bağırova ünvanlanmış şikayət məktubu daxil olub.

Azerinfo.tv Səfərli Sevinc Ramiz qızının yazdığı ərizəni olduğu kimi təqdim edir:


Hörmətli Cənab Anar Bağırov!!!
2019 –cu ilin yanvar ayında ,Şirvan Apelyasiya məhkəməsində mülki iş üzrə hüquqlarımın müdafiəsi üçün Şirvan Şəhərində fəaliyyət göstərən vəkil bürosunun rəhbəri Ruslan Soltanağa oğlu Mirzəyevlə qohumum Z.Məmmədova ( Ali Məhkəmənin qarşısında)müqavilə bağlamış,lakin o müqavilə şərtlərini yerinə yetirməmişdir. Bununla bağlı Sizə müraciət edib ona ödənilmiş pulun mənə qaytarılmasına köməklik göstərməyinizi xahiş etmişdim. Düşünürdüm ki, Siz obyektivlik göstərərək mənim şikayətimi araşdırıb lazımı ölçü götürəcəkdiniz.Lakin təəssüflər olsun ki, 25 iyun 2019 saylı cavab məktubunuzu aldıqda cox təəccübləndim. Belə ki, mənim ərizəm hələ Sizə təzə daxil olduqda Siz ərizəmə baxmamış Ruslan mənə zəng etdi.Ərizəmi geri götürməyi xahiş etdi.Mən onda başa düşdüm ki, onun sizin kollegiyada yaxınları və himayədarları çoxdur.Bildirirəm ki, mən heç kəsin haqqına girmərəm.Əgər o mənə görə hər hansı bir iş görsəydi. Xahiş edirəm onun mənimlə müqavilə bağladığı tarixə diqqət yetirəsiniz. 28.01. 2019 –cu il !!!!

Mən Şirvan Apelyasiya Şikayətini 22.10. 2018 il tarixdəvermişəm. Şirvan Apelyasiya məhkəməsinin göndərdiyi 17.12.2018 tarixdə Apelyasiyadan çağırış gəlib. Bu o deməkdir ki,mənim şikayət ərizəmi Ruslan deyil başqa vəkil hazırlayıb.22.12.2018 tarixdə mən məhkəmədən çağırış kağızı almışam. Burdan aydın olur ki, mənə yazılan Apelyasiya şikayətini mən başqa vəkilə yazdıtrmışam. Vəsatətlərimi də o çümlədən.Yaxşı bəs Ruslan bir vəkil kimi hansı işi görüb?.Sadəcə Şirvana get – gələ görə mən Şirvan ərazisindən vəkil tutdum . Belə ki, mən onunla Ali məhkəmədə görüşdüm. Onun orada prosesi vardı. Mən məsələni ona başa salıb sadəcə lazımı sənədləri, vəsatətləri məhkəməyə təqdim etmək üçün ona verdim. Ona bildirdim ki, bu sənədləri məhkəməyə təqdim edərsən.O razılaşdı.Elə oradaca onunla müqavilə bağladım.Bu işlə bağlı Nərimanov Prokurorluğunda iş gedirdi. Ona dedim ki, müstəntiqlə əlaqə yarat, ondan arayış alım . O söz versə də ,dəfələrlə ona zəng etsəm də, o guya müstəntiqin telə cavab vermədiyini bildirdi. Halbuki mən zəng edəndə müstəntiq mənə cavab verirdi. Müstəəntiq ona heç kəsin zəng etmədiyini bildirdi. Onun ucbatından mən arayışı məhkəməyə təqdim edə bilmədim. Ali məhkəmədə onunla görüşəndə , bir ağsaqqal müştərisi onu cırırdı. Məhkəməyə mənim xəstəliyimlə əlaqədar təqdim etdiyim arayışı, digər sənədləri , hazır vəsadətləri o məıhkəməyə təqdim etməyib. Belə ki, o mənə məhkəməyə vəsatətlər verdiyini bildirmişdi. Halbuki Ali məhkəmədə işi tələb edib işlə tanış olanda orada onun sadəcə əllə yazılmış primitiv bir vəsadətə rast gəldim. O da onun işlə tanış olmadığına görə məhkəməni təxirə salmağı ilə bağlı. Vəssalam!! O mənim verdiyim vəsatətlərin, sənədlərin heç birisin ora təqdim etməmişdir.

Hörmətli Anar Bağırov!!!

Diqqət yetirin !!! Vəkil işlə tanış olmalı idi. Amma o işlə tanış olmadı.Bizə dedi ki, əlavə vəsatətlər vermişəm. Ali məhkəmədə işlə tanış olarkən mənə məlum oldu ki, tərəfin işə daxil etdikləri “qəbz” belə sözügedən sənədin surətidir. Sənədin əsli olmadan məhkəmə adi bir kopya kağızla baxa bilməzdi. Halbuki hər iki məhkəmə mənim iştirakım olmadan baxılıb. Təqdim etdiyim sənədi isə Ruslan ora təqdim etməmişdir.Beləliklə Şirvan Apelyasiyasına verdiyim ərizəni başqa vəkil hazırlamışdır.İndi Özünüz deyin, Ruslan hansı xidmətinə görə məni aldadaraq 300 manat pulumu mənimsəmişdir?
-Xahiş etdiyim Vəsatəti yazmamış,
-İş materiallarını öyrənməmiş,
Prosesdə ciddi çıxış etməmiş, Özümün təqdim etdiyim sənədləri, xəstəlik kağızını məhkəməyə təqdim etməmiş, nəticədə məhkəmə mənim iştirakım olmadan baxılmışdır.və s.
Hal-Hazırda Rüslan məndən yayınır.Telefonuma cavab vermir.Ona ünvanladığım sualların cavabını ala bilmirdim.
İş materiallarına əlavə edilmiş :
a) Apelyasiya şikayətin yazılması
b)sorğuların verilməsi və alınması başqa vəkil həyata keçirmişdir.
Xahiş edirəm ki, belə dələduzluq edən vəkillərə meydan verməyin.!!! Millət yazıqdır. Biz dilənib - dolanıb vəkilə pul tapıb veririk ki, tapdalanmış hüquqlarımıza kömək etsin. Pul vermirik ki, bir başa iki qapaz vursun.

Hörmətli Anar Bağırov!!!

Siz Ruslanın Sizə təqdim etdiyi yalan məlumatlara əsasdlanaraq mənə cavab məktubu göndərdiniz. Ən azından məni çağırıb mənim də münasibətimi öyrənə bilərdiniz.
Xahiş edirəm ki, Ruslana ödədiyim 300 manatımın alınıb mənə qaytarılmasına kömək edəsiniz. Belə vəkillərin məsələsini kollegiya iclasında müzakirə edəsiniz.

İmza : Sevinc Səfərli”


P.S. Qarşı tərəf mövqeyini bildirə bilər.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR