Məhkəmə hakiminin əməllərindən Mehriban Əliyevaya ŞİKAYƏT

8-12-2019, 23:08 281 dəfə baxılıb

Məhkəmə hakiminin əməllərindən  Mehriban Əliyevaya ŞİKAYƏT

Bakı şəhəri, Yasamal rayonu, Şahtaxtinski 28 ünvanında yaşayan Əliyeva Kəmalə Misirxan qızı vitse-prezident Mehriban Əliyevaya şikayət ünvanlayıb.
Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi Səyyad Qafirinin qanunazidd əməllərindən bəhs edən məktubu olduğu kimi dərc edirik:





"Azərbaycan Respublikasının Birinci
Vitse-prezidenti Mehriban Əliyevaya


14.11.2019, 10.09.2019-cu il tarixlərdə Sizə müraciət edərək, Sumqayıt Apellyasiya məhkəməsinin hakimi, biznesmen, əvvəllər Eldar Əliyevlə dostluq edən və şərikli münasibətləri olan Səyyad Qafarinin qeyri-qanuni hərəkətləri barədə məlumat vermişəm. Belə ki, hakim Səyyad Qafari qardaşının adı altında gizlənərək, mənim və yaxın qohumlarımın min bir əziyyətlə tikdirdiyimiz obyekti sökdürmək istəyir.
Eyni zamanda xahiş etmişəm ki, Sumqayıt Apellyasiya məhkəməsinin hakimi Səyyad Qafarinin qanunsuz hərəkətləri və biznes fəaliyyəti ilə məşğul olması araşdırılsın.
Bir daha diqqətinizə çatdırıram ki, hakim Səyyad Qafari, qardaşı Seyran Qafarinin adı altında bütün məhkəmələrə təsir edərək, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsindəki obyekti sökdürmək istəyir. Halbuki, həmin obyekti Eldar Əliyev öz vəsaiti, yaxın şəxslərdən alınan vəsaitlər və birgə nikah dövründə əldə edilən əmlakların sarışından gələn pullarla tikdirmişdir. Aralarında olan şərikli sövdələşmə də ondan ibarət olmuşdur ki, əvvəl Eldar pul xərcləsin, sonra Səyyad xərcləyər və bərabərləşərlər. Bir müddət Səyyad öz iş yoldaşı vasitəsilə Səyyada pul da göndərmişdir. İndi isə 200 min manat miqdarında borcu qalmışdır. Eldar ondan pulunu istəyəndə, Səyyad məni məhkəməyə vermişdir. İddiası da ondan ibarətdir ki, Səyyadın qardaşı Seyran Kafarinin torpaq sahəsində olan obyekt sökülsün. Baxmayaraq ki, Səyyad, həmin torpaq sahəsini qardaşının adına etməzdən əvvəl torpaq sahəsi tam mənim adıma olmuşdur. Mənim xəbərim olmadan 450 kv.m. torpaq sahəsinin 225 kv.m. hissəsini Seyranın adına rəsmiləşdirmişlər. Özü də həmin rəsmiləşdirmə işləri aparılan zaman mənim 4-mərtəbəli obyektim, ümumi sahəsi 450 kv.m. olan torpaq sahəsinin üstündə tikilmiş idi. Belə çıxır ki, Səyyad torpaq sahəsinin yarı hissəsini ona görə qardaşının adına rəsmiləşdirmişdir ki, sonradan mənim əmlakımı söküdürərək mənə ziyan vursun.

Hörmətli Mehriban xanım !
Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikasının Qanunu hakimlərə biznes fəaliyyəti ilə məşğul olmağı qadağan edir. Lakin Səyyad Qafari nəinki biznes ilə məşğul olmağını gizlətməklə, mənə zərər vurmaq istəyir, eyni zamanda məhkəmələrə təsir edərək bütün işi öz xeyrinə həll edir. Hazırda mən böyük bir hüquqşünas – hakim ailəsi ilə üz-üzə qalmışam.
Bir daha Sizdən xahiş edirəm ki, mənim obyektimin sökülməsinin qarşısını alasınız və Sumqayıt Apellyasiya məhkəməsinin hakimi Səyyad Qafarinin qeyri-qanuni hərəkətlərinin araşdırılması barədə zəruri tapşırıqlarınızı verəsiniz. "


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR