Əli Həsənovun trolları Sabir Rüstəmxanlının ətrafında

14-02-2020, 00:57 991 dəfə baxılıb


Əli Həsənovun trolları Sabir Rüstəmxanlının ətrafında
"Əli Həsənovun uzaqlaşdırılmasından sonra başsəz qalan trollar indi Sabir Rüstəmxanlının ətrafında birləşərək bütün vasitələrlə onun saxta yolla seçilməsini legitimləşdirmək üçün ən çirkin formada işə keçiblər. Mübarizə üsul və formaları tam eynidir. Onları qətiyyən parlamentə buraxmaq, xalqın səs hüququnu onlara vermək olmaz Dövlətin müvafiq orqanları bunu təcili araşdırmalı, hətta Neftçala rayon icra hakimiyyəti də istintaqa cəlb edilməlidir. Onları Əli Həsənovla bağlayan bütün tellər aşkara çıxarılmalıdır."
Neftçala İcra başçısını Sabir Rüstəmxanlı ilə nə birləşdirir? Və onları Əli Həsənovla nə bağlayır?Son günlər onlar niyə bu qədər narahatdır? Əli Həsənovun adamı olan adamlar bu kampaniya ilə kimə və nə üçün meydan oxuyurlar?
Ölkədə ən ciddi seçki saxtakarlığı 61 saylı Neftçala Seçki Dairəsində baş verib. Məntəqələrə kifayət qədər az sayda insan gəlsə də, süni şəkildə seçici iştirakının artırılması hesabına topa bülleten atıldı və Sabir Rüstəmxanlı Neftçala rayon İcra hakimiyyəti başçısı və icra hakimiyyətinin şöbə müdiri Anar Cəfərovun birbaşa iştirakı ilə saxta yolla seçildi.
Sabir Rüstəmxanlı seçki marafonunda digər namizədləri də dəfələrlə təhqir etmişdir.
Sabir Rüstəmxanlı 82 min insanı, 42 min seçicisi olan rayondan 2824 saxta səs toplayıb ki, bu da rayonun seçimi deyil. 12 min seçici onun əleyhinə səs verib. 21 faiz saxta səslə qalib elan edilmə çox gülüncdür .


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR