Ekspert: Bakıda sıxlığın yaranmasında rayon avtomobillərinin rolu cüzidir

30-06-2015, 14:48 708 dəfə baxılıb

Ekspert: Bakıda sıxlığın yaranmasında rayon avtomobillərinin rolu cüzidir




















“Həmin avtomobillərin əksəriyyəti Bakı qeydiyyatındadır”

Rayon qeydiyyatında olan avtomobillərin paytaxta daxil olmasına tətbiq edilən qaydanın heç bir hüquqi əsası yoxdur, üstəgəl bu məntiqsiz addımdır. Bildiyimiz qədər Azərbaycanın rayonlarında hərəkət edən avtomobillərin əksəriyyəti Bakı qeydiyyatındadır.

Bununla əlaqədar Bakı şəhərində sıxlığın yaranmasında rayon qeydiyyatında olan avtomobillərin rolu çox cüzidir.

Bunu yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov Azərbaycan paytaxtında nəqliyyat vasitələrinin sıxlığının qarşısının alınması üçün tədbirlər planı ilə əlaqədar müvafiq qərar qəbul edilənədək rayon qeydiyyatında olan nəqliyyat vasitələrinin, habelə yük avtomobillərinin paytaxt ərazisinə daxil olmaması üçün tətbiq edilən qaydanın qüvvədə qalmasını şərh edərkən bildirib.

Ərşad Hüseynov bildirib ki, lakin yük avtomobillərinin paytaxt ərazisinə daxil olmasına tətbiq edilən qaydanın qüvvədə qalması effektiv bir addımdır:

“Bununla bağlı dövlət başçısının da sərəncamı var.

Sərəncamda qeyd olunur ki, icazə verilən maksimum kütləsi 5 tondan yuxarı yük avtomobillərinin şəhərə girişinə məhdudiyyət qoyulsun.

Həmin avtomobillər səhər saat 08:00-dan 21:00-a qədər şəhərə daxil olmamalıdır”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR