Boğulan saman çöpündən yapışar: Gülnar Abbasovanı kim şantaj etdirir?

22-11-2015, 16:55 423 dəfə baxılıb

Boğulan saman çöpündən yapışar: Gülnar Abbasovanı kim şantaj etdirir?

















Son vaxtlar ölkədə baş verən proseslər tək paytaxtı deyil, bəzi regionlara da sirayət etməkdədir

Artıq 1 aydan elə də çox olmayan Eldar Mahmudovun “vurulması” və həmin şəbəkəyə bağlı olan digər şəxslərə qarşı aparılan həbs dalğasının yekunlaşması görünmür. Məlumatlara görə, bu proses regionları və bəzi “reket” mətbuat işçilərini də əhatə edəcəkdir. Belə ki, vaxtı ilə MTN-nin həmin “mafiyası” ilə ciddi və qaranlıq bağlantıları olmuş, bu gün qeyri-leqal fəaliyyətlə, konkret saxta İP yığmaq hesabına saytların reytinq cədvəlinə “liderlik” etdiyi kimi rəy formalaşdırıb müxtəlif məmurları və iş adamlarını şantaj edən, məhz həmin “vurulmuş” şəbəkənin verdiyi çoxsaylı informasiya ilə təhdid etməklə rüşvət edən portal rəhbərlərinin fəaliyyətinin yoxlanılması və məsuliyyətə cəlb edilməsi gözləniləndir. Məsələn, Eldar Mahmudovun biznes ortağı olan Ağdam RİH-nin başçısı Raqub Məmmədovun konkret sifarişi və diqtəsilə bu günlərdə elə həmin rayonun Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Gülnar Abbasovaya qarşı aparılan böhtan, həqiqəqətə uyğun olmayan məlumatların bəzi “reket” saytlarda dövriyyəyə buraxılması həmin şəbəkəyə bağlılığı ilə tanınan sayt rəhbərləri tərəfindən həyata keçirilməsi düşündürücüdür və inanırıq ki, hüquq-mühafizə orqanları tərəfindən ciddi şəkildə araşdırılacaqdır. Raqub Məmmədovun artıq işdən çıxarılaraq məsuliyyətə cəlb olunacağı barədə bir sıra mötəbər mənbələr tərəfindən təsdiqlənən taleyi özünə də məlum olduğu üçün, “son nəfəsi”ndə keçmiş “haqq-hesab”ın qisasını almaq, parlament seçkiləri zamanı onun qanunsuz göstərişlərinə əməl etməmiş Gülnar Abbasovanı sıradan çıxarmağı düşünməsi və icra başçısının özünün də təmsil olduğu MTN-nin həbs edilən həmin şəbəkəsi ilə ciddi bağlılığı olan saytlar vasitəsilə şantaj etdirməsi Ağdam camaatı tərəfindən böyük etirazlarla, nifrət hissi ilə qarşılandı. Ağdam Mərkəzi Rayon Xəstəxanasının baş həkimi olan Gülnar Abbasova barəsində aparılan belə şantaj yazılar ideologiya.az saytında da paylaşıldı ki, bu da heç də ürəkaçan məsələ deyildir. Məsələn, Raqub Məmmədov üçün həmin “qara piar”ın durdurulması bir telefon zəngi qədər asan məsələ olduğu halda, özünün rəhbərlik etdiyi rayonun məmuru haqqında təsir imkanlarının əhatəsində olan saytlarda olan yazılara bu qədər seyirci qalması məhz bunun arxasında olan sifarişçinin özünün olmasını təsdiqləyən ən böyük amildir! Söz ardı: Bu gün Gülnar Abbasova barədə aparılan həmin şantaj yazılarına son verilməyəcəyi təqdirdə axşam açıqlayacağımız ilginc informasiyalar barədə qısa məlumat verək: “İTF” kimin kod adıdır? Mütəllibov tərəfindən hansı kitaba imza atdırmaqla neçə məmur şantaj olundu? Ramil Usubovun əleyhinə kompramatların dövriyyəyə buraxılmasında kimlər iştirak etdi? Zaqulbadakı ponsionata hər gün maşın sürərək sürücülük missiyasını həyata keçirən kim idi? “Çərəkə”yə getmək arzusunda olan jurnalist kim idi? Raqub Məmmədovun müdafiəsinə qalxmış və həmin jurnalistin adını çəkən polkovnikin səs yazısında nələr danışıldı? MTK işi ilə məşğul olan Nağıyev soy adlı şəxs əleyhinə kompramatları hansı hüquq-mühafizə orqanına verildi? “Anam əllərindən öpür” ifadəsini hansı jurnalist bir polkovnikə dedi? Jurnalistlərin, “kiçik çapda” olan siyasiyərin “veribovka” olunmasında hansı jurnalistdən istifadə olunmuşdu? Bir toy məclisində sərxoş vəziyyətdə qadınla erotik poz verməklə şəkil çəkdirən və fotolarının yaxın günlərdə yayılmaq ehtimalı olan sayt rəhbəri kimdir. ??? Həmin reket və şantaj yazılara görə, Ağdam rayonunun hüquq-mühafizə orqanları niyə seyirci qalıb? O hansı dələduzluq əməli idi ki, Tahir adlı MTN əməkdaşı da iştirak etmişdi?


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR