Bu taksi şirkətləri qiymətləri qaldırdı - SİYAHI

23-11-2018, 10:31 186 dəfə baxılıb

Bu taksi şirkətləri qiymətləri qaldırdı - SİYAHI

Son vaxtlar Bakıda fəaliyyət göstərən taksi şirkətlərinin qiymətlərində artım müşahidə olunur.

Axar.az bu ilin aprel ayında taksi şirkətlərinin metronun “Elmlər Akademiyası” stansiyasından “Nəriman Nərimanov” stansiyasına qədər olan məsafəyə təyin etdikləri qiymətlərlə hazırkı qiymətləri müqayisə edib.

7 ay ərzində taksi şirkətləri arasında fərq aşağıdakı kimidir:

“Salam taksi” (*9933) – 3.17 manat (Aprel ayında 3,0 manat)

“Ulduz taksi” (*5000) – 3.83 manat (Aprel ayında 3,70 manat)

“Uber X” – 3.87 manat (Aprel ayında 3,48 manat)

“Bonus taksi” (*8111) – 4.10 manat (Aprel ayında 3,80 manat)

“Ailə taksi” (*8555) – 4.20 (Aprel ayında 3,80 manat)

“Taksi24” (*2424) – 4 manat (Aprel ayında 3,90 manat)

OK taksi (*3003) – 4 manat (Aprel ayında 3,90 manat).

Qeyd edək ki, uzaq məsafələrdə qiymət artımı özünü daha qabarıq göstərir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR