Gürcüstan vətəndaşları Azərbaycan sərhəddində canlı sədd yaratdılar...

6-05-2019, 17:15 529 dəfə baxılıb

Gürcüstan vətəndaşları Azərbaycan sərhəddində canlı sədd yaratdılar...


Bizim “Keşikçi dağ”, gürcülərin isə “David Qareci” monastırı kimi tanıdıqları yerin üstündə yaranan məlum mübahisənin daha çox gürcü ictimaiyyəti tərəfindən qızışdırıldığı açıq hiss olunur. Burda heç şübhəsiz hər iki ölkə arasında münasibətləri kəskinləşdirməkdə maraqlı olan başqa qüvvələrin, o cümlədən bədnam qonşularımız ermənilərin də əli olduğu mümkündür.

Gürcü vətəndaş cəmiyyətinin fəalları bu istiqamətdə bir neçə tədbir həyata keçirib. Dünən tədbirlərin birində gürcü vətəndaşları monastır kompleksi boyunca ələ-ələ tutuşaraq zəncirvari canlı sədd yaradıblar. Fəalların sözlərinə görə- bu tədbir“ monastır kompleksinin Gürcüstan ərazisisndə yerləşdiyi barədə Azərbaycana sülh göndərişidir”.

Gürcüstan mediasının xəbərlərinə görə tədbir iştirakçıları müxtəlif mahnılar oxuyub və sərhədlərin demarkasiyasının ağrısız həll olunacağına ümid etdiklərini bildiriblər.

Azərbaycan sərhədçiləri situasiyanı müşahidə edib və vətəndaşların hərəkətinə nəzarət ediblər.Əraziyə gürcü sərhədçiləri də cəmləşib.

Burda diqqəti çəkən məqamlardan biri tədbirdə gürcü “ Güc birlikdədir” antiişğal hərəkatının öz növbəsində sərhəddə keşik çəkəcəklərini qabaqcadan elan etməsidir. Hesab edirik ki, “antiişğal hərəkatı” Gürcüstanın Abxaziya və Cənubi Osetiyanın Rusiya tərəfindən işğal olunmasına qarşı yaradılıb, çünki Azərbaycan hələ heç kimin torpağını, ərazisiniişğal etməyib ki, ona qarşı da bir hərəkat düzənlənsin.

Hərəkatın lideri David Katsaravanın gürcü dövlət televiziyasına verdiyi açıqlamada da “ monastıra tərəf bizim mini-cığırlarla getməyimiz, artıq bizim mini-qələbəmizdir” deməsi, ifadələrində bəzi kəskin notlar qəbuledilməzdir və sərhəd komissiyasının məsələnin həlli istiqamətində fəaliyyətinə mənfi təsir edə bilər. Azərbaycan ictimaiyyəti ərazi-torpaq məsələsində həssas dönəm yaşayır və qonşularımızın da separatizm nəticəsində torpaq itkisinə məruz qaldıqları aydındır. Bu həssas dövrü hər iki tərəf təmkinlə keçirməyə məhkumdur. Qızışdırıcı hərəkətlər, tədbirlər arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Hər iki tərəfin buna riayət edəcəyi məqsədəuğun hesab olunur.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR