Rusiyada ana öz övladını sosial şəbəkə vasitəsilə satmaq istədi

6-07-2015, 14:17 811 dəfə baxılıb

Rusiyada ana öz övladını sosial şəbəkə vasitəsilə satmaq istədi

















Cinayət işi qaldırılıb

Yakutiya sakini beş aylıq oğlunu sosial şəbəkə vasitəsilə satmaqda ittiham edilib.

azinfo.tv RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası DİN-in regional idarəsi bildirib.

“Saxa Respublikasının (Yakutiya) Suntar rayonu üzrə Rusiya DİN şöbəsinin əməkdaşlarına yerli sakinin öz uşağını satmaq istəməsi barədə məlumat daxil olub. Müvafiq elan sosial şəbəkədə yerləşdirilib”, - məlumatda deyilir.

Rayon polis bölməsinin cinayət-axtarış şöbəsinin əməliyyatçıları 27 yaşlı qadını 5 aylıq oğlunu satmaq istədiyi adamlardan 1,5 milyon (28 350 man – red.) alarkən saxlayıblar.

RF İstintaq komitəsinin regional mühakimə idarəsindən bildiriblər ki, qadına qarşı “köməksiz halda olan insanın satılması” maddəsi ilə cinayət işi açılıb, bu maddə üzrə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Qeyd edilib ki, şübhəli bilinən şəxs maddi çətinlik çəkdiyi üçün və qazanc əldə etmək məqsədilə sosial şəbəkələrdə beş aylıq oğlunu maddi durumu daha qənaətbəxş olan ailəyə vermək istəyi barədə elan yerləşdirib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR