Finlandiyada bir gündə COVID-19-dan çox sayda insan ölüb

22-04-2020, 12:55 231 dəfə baxılıb

Finlandiyada bir gündə COVID-19-dan çox sayda insan ölüb

Finlandiyada bir gündə COVID-19-dən rekord sayda insan ölüb.

Finlandiyanın Milli Sağlamlıq və Sosial Təminat İnstitutunun məlumatına görə, son 24 saat ərzində Helsinki-Uusimaa (paytaxt bölgəsinin) xəstəxana rayonunda COVID-19-dən daha 43 ölüm hadisəsi qeydə alınıb.

Beləliklə, Finlandiyada bu günə qədər koronovirus pandemiyasından ölənlərin sayı 141 nəfər təşkil edib.

Bununla belə, son 24 saat ərzində daha 146 nəfərdə bu virusun aşkar olunması ilə Finlandiyada ümumi COVID-19 infeksiyasına yoluxanların sayı 4014 nəfərə çatıb.

Finlandiyadakı koronavirus ilə bağlı mövcud vəziyyəti digər ölkələrdən fərqləndirən xüsusiyyəti isə yoluxmuş insanların böyük əksəriyyətinin Helsinki-Uusimaa paytaxt regionunda yaşamasıdır. Bunun nəticəsində, ölkə daxilində qeydə alınan 141 ölənlərdən 110-u Helsinki-Uusimaa regionun sakinləri olub.

Qeyd edək ki, hazırda Finlandiyada 202 koronavirusa yoluxan şəxs müxtəlif xəstəxanalarda, o cümlədən 63 xəstə intensiv terapiya şöbələrində müalicə olunur. Virusun digər daşıyıcıları həyat üçün təhlükə olmaması səbəbindən ev karantininə yerləşdirilib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR