ABŞ-ı daha şiddətli koronavirus dalğası gözləyir - XƏBƏRDARLIQ

23-04-2020, 18:20 206 dəfə baxılıb

ABŞ-ı daha şiddətli koronavirus dalğası gözləyir - XƏBƏRDARLIQ


ABŞ-ı daha ciddi ikinci koronavirus dalğası gözləyir. Onun gəlişi qışda, qrip epidemiyasının yüksəlməsi dövründə baş verə bilər.

Bu barədə "Washington Post”a müsahibəsində Xəstəliklərə Nəzarət və Qarşısının alınması Mərkəzinin (CDC) rəhbəri Robert Redfild söyləyib. Redfild bildirib ki, gələn qış virusun hücum dalğası indiki vəziyyətdən daha da mürəkkəb olacaq. Buna iki tənəffüs sistemi xəstəliyinin üst-üstə düşməsi səbəb ola bilər ki, bu da ölkənin səhiyyə sistemini "ağlasığmaz yükə” məruz qoyacaq.

Ekspert hesab edir ki, mövcud vəziyyətin təkrarlanmaması üçün dövlətlər buna ən qısa müddətdə hazır olmalıdırlar. Bundan əlavə, o, xəstələrin tanınması sisteminin təkmilləşdirilməsinə ehtiyac duyulduğunu bildirib.

Qeyd edək ki, rusiyalı akademik Sergey Nedospasov demişdi ki, xəstəliyə qarşı peyvənd hazırlanmasa koronavirusun ikinci dalğası baş verə bilər.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR