ABŞ və Çin arasında ÜST-lə bağlı gərginlik yarandı

25-04-2020, 09:35 183 dəfə baxılıb

ABŞ və Çin arasında ÜST-lə bağlı gərginlik yarandı

ABŞ və Çin arasında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə bağlı mübahisə G20 ölkələri liderlərinin videokonfransının keçirilməsinə mane olub.

Bu barədə “South China Morning Post” qəzeti məlumat yayıb.

Nəşr qeyd edib ki, Vaşinqton ÜST-ün koronavirus epidemiyasının başlandığı vaxt qəbul edilən tədbirlər haqqında hesabat verməsində təkid edib. Rəsmi Pekin isə sözügedən təklifə qarşı çıxıb.

Nəticədə, videokonfrans son anda ləğv edilib.

Danışıqların ABŞ-la Çinin sözügedən məsələdə kompromisə gəlməsindən sonra bərpa edilə biləcəyi qeyd olunur.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR