“Öz səsimi sənə səs verənlərin səsinə qatıram" – Hillari Klinton

29-04-2020, 14:38 206 dəfə baxılıb

“Öz səsimi sənə səs verənlərin səsinə qatıram" – Hillari Klinton


ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton açıqlama verərək qarşıdan gələn prezident seçkisində Cozef Baydeni dəstəkləyəcəyini söyləyib.

Moderator.az xəbər verir ki, xanım Klinton deyib: "Sənə səs verənlərin sırasındayam. Öz səsimi sənə səs verənlərin səsinə qatıram". Keçmiş dövlət katibi ABŞ-a məhz Bayden kimi siyasətçinin lazım olduğunu söyləyib.

Xatırladaq ki, hələlik Demokratlar Partiyasında prezidentliyə namizəd olmaq üçün yarış gedir. Bir müddət əvvəl seçki marafonuna son verən Berni Sanders də Cozef Baydeni dəstəkləyəciyini bəyan edib. Demokratlar Partiyasının namizədi bu ilin iyun ayında keçiriləcək qurultayda bilinəcək. Cozef Bayden partiyanın prezidentliyə namizədi olmağa çox yaxınlaşıb. Bayden 2009-2017-ci illərdə ABŞ-ın vitse-prezidenti olub.

2016-сı ildə keçirilmiş sonuncu prezident seçkisində Demokratlar Partiyasının namizədi Hillari Klinton Respublikaçılar Partiyasının namizədi Donald Trampa uduzub. Donald Tramp 2016-cı il yanvarın 20-dən ABŞ prezidentidir.

ABŞ-da növbəti prezident seçkisi 2020-ci ilin noyabrında olacaq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR