Ermənilər koronavirusdan yox, aclıqdan öləcəklər – işğalçı ölkədə qiyam havası

29-04-2020, 22:09 184 dəfə baxılıb


Ermənilər koronavirusdan yox, aclıqdan öləcəklər – işğalçı ölkədə qiyam havası
İşğalçı Ermənistanda əhalinin aşağı həyat səviyyəsi COVİD-19 pandemiyası ilə az qala günbəgün daha da aşağı düşməkdədir. Bu fonda isə sövq-təbii “inqilabçı” baş nazir Nikol Paşinyan və komandasına ittihamlar artıb.

“Xalqın hesablına hakimiyyətə gələn baş nazir indi də onu “adam” edənləri elektrik enerjisi və qazın kəsilməsi ilə hədələyir”.

Musavat.com xəbər verir ki, bu barədə özünün Facebook səhifəsində Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan yazıb.

“Bu hökumət həqiqətən də yalnız yaxşı hava üçün, yalnız rahat günlər üçün yarayır və yalnızca illər ərzində yaradılmış dövlət idarəçiliyi aparatında dövlət vəsaitlərindən mükafatları, dəbdəbəli ezamiyyətləri və çoxsaylı “kefləri” sümürməklə parazitlik eləməyə qadirdir” – Aşotyan yazıb.

Onun sözlərinə görə, Nikol Paşinyan xalqın ona münasibətdə nikbinlik kapitalının sonuncu damcısını da sümürüb və yüz minlərlə insanı dərinləşən sosial fəlakət şəraitində başlı-başına buraxıb. “Onun və parazitlik edən komandasının müvəffəq olduğu yeganə şey – sabiqlərə yarlıqlar yapışdırmasıdır”, - deyə o, əlavə edib.

Qeyd edək ki, bu gün Ermənistanın bir qrup kasıb vətəndaşı İrəvanda hökumət binası qarşısında nümayiş keçirib. Etiraza səbəb sakinlərin evlərində elektrik enerjisi və qaza görə yığılan borc səbəbindən işığın kəsilməsi olub.

“Biz özünütəcrid yerini tərk etdik. Çünki qazımız yoxdur, uşaqlarımızla təcriddə qala bilmərik. Seçdiyimiz hökumət qarşısında etirazımızı qışqırıqsız, ümumiyyətlə, reallığı şişirtmədən ifadə etmək üçün burdayıq. Bu, mənim ailəm üçün həyati zərurətdir. Evimdə qaz və işıq kəsilib. Bəlkə bu etirazı görəndən sonra hökumət bizim üçün istisna edəcək” – etirazçılardan biri bildirib.

Baş nazir Nikol Paşinyanın Facebook üzərindən son müraciəti isə əhali üçün bu xüsusda yaxşı heç nə vəd eləmir.

Paşinyan deyib: “Bəli, biz dedik ki, fövqəladə vəziyyət zamanı işıqlar kəsilməyəcək. Ancaq indi bu vəziyyətin nə qədər davam edə biləcəyini kim deyə bilər? Biz ümid edirdik ki, aprelin 16-da fövqəladə vəziyyət sona çatacaq. Qısa müddətli hədəf qoyduq, amma ümidlərimiz reallaşmadı. Bu böhranın nə qədər davam edəcəyini kim söyləyəcək? Deyə bilərəm ki, bizim təxminimizə görə koronavirus böhranı ən azı gələn ilin martına qədər davam edəcək. Bu müddət ərzində insanların kommunal xərclərini ödəyə bilməməsini söyləsək, o zaman gərək ölkədə elektrik enerjisinin olmayacağını da söyləyək”.

Əslində Nikol Paşinyan müəyyən dərəcədə haqlıdır. Baş nazir demək istəyir ki, elektrik enerjisi və qaz üçün ödənişlərin edilməməsi bütün pul dövriyyəsi sisteminin pozulmasına gətirib çıxaracaq. Çünki əgər abunəçilər şəbəkələrə ödəmirlərsə, şəbəkələr də istehsalçıya ödəmir, sonuncu isə öz növbəsində tədarükçülərə və işçilərə pul verə, vergi ödəyə bilmirlər. Ermənistan isə təbii qazın hamısını, elektrik enerjisinin isə təxminən yarısını idxal edir.

“Maariflənmiş Ermənistan” fraksiyasının üzvü, deputat Edmond Marukyan isə vəziyyətlə bağlı baş nazirin oxşar açıqlamalarına cavab olaraq deyib ki, hökumətin öncə ehtiyacı olanlar təbəqəsinin qayğılarını hədəfə alsa da, bunun işə yaramadığını görüb əks yolla getmək qərarına gəlib.

“Siz bu insanlara “seçki məntəqələrinə gəlin” dediniz. Çünki o vaxt onlara ehtiyacınız var idi. İndi bu insanlar ac oturublar, qazları və işıqları kəsilib. Sizin pulunuz var və bu pullardan onlara vermirsiniz” - Marukyan bildirib və əlavə edib ki, kim ki, “qara gün” üçün qənaət edib bir azca pul yığmışdı, onlar borclarını qapadıb və indi ac oturublar.

Beləcə, düşmən ölkədə koronovirus epidemiyası onsuz da ağır olan sosial-iqtisadi durumu, acınacaqlı yaşayışı daha dözülməz hala gətirib. Bir çox iqtisadçılara görə, bu minvalla ölkədə acların üsyanı qaçılmaz ola bilər...


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR