Nikol Paşinyan: “Ermənistan Rusiyadan gözlədiyi dəstəyi alır”

8-11-2020, 11:49 321 dəfə baxılıb

Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniyanın “ARD” telekanalına verdiyi müsahibədə İrəvanın Rusiyadan müttəfiq münasibətləri çərçivəsində gözlədiyi dəstəyi aldığını söyləyib.

“РИА Новости” agentliyinin yaydığı xəbərdə belə deyilir. "Rusiyadan gözlədiyimiz dəstəyi alırıq, Rusiyanın Ermənistan qarşında üzərinə götürdüyü təhlükəsizliklə bağlı öhdəliklərini və müttəfiq kimi öhdəliklərinin keyfiyyətli şəkildə yerinə yetirməsinə şübhə etmirik",-deyə o bildirib.

Baş nazir bildirib ki, erməni tərəfi Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədri olduğunu və Dağlıq Qarabağ məsələsində bitərəfliyi qorumaq üçün müəyyən bir öhdəlik götürdüyünü anlayışla qarşılayır və eyni zamanda Rusiyanın Azərbaycanla da yaxşı münasibətlərdə olduğunu başa düşür: "Əlbəttə, bu, mürəkkəb bir vəziyyətdir, ancaq biz Rusiyanın Ermənistan qarşısında üzərinə götürdüyü öhdəliklərin keyfiyyətlə yerinə yetirməsindən razıdır".

https://ria.ru/20201107/podderzhka-1583564889.html


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR