Paşinyan: "Azərbaycanla düşmənçiliyə son qoymaq istəyirik"

30-11-2020, 00:33 271 dəfə baxılıb

Ermənistanın Baş naziri Nikol Paşinyan əsirlərin geri qaytarılması və itkinlərin axtarışı ilə bağlı problemləri həll etmək üçün ölkədəki çəkişmələrə son qoyulmasına çağırıb.

Bu barədə Paşinyan özünün facebook səhifəsində yazıb. Paşinyan deyir ki: “Vəziyyəti gərginləşdirməməli, tədricən sabitləşdirməliyik. İndi ən vacib məsələ itkin düşən və potensial olaraq saxlanılan əsir problemidir”.

Ermənistan hökuməti başçısının sözlərinə görə, “Azərbaycan hakimiyyəti bizə barışıq əlini uzatmasa, əsirləri uzun müddət geri qaytara bilməyəcəyik. Problemin həlli yalnız barış halında sürətləndiriləcək. Hamı bunu başa düşərsə, yaxşı olar”.

KONKRET.az


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR