ABŞ: Tək bacarmarıq, Çin olmalıdır, amma…

25-03-2021, 16:43 160 dəfə baxılıb

ABŞ: Tək bacarmarıq, Çin olmalıdır, amma…Vaşinqton müttəfiqlərini "Çin, yoxsa ABŞ” seçimini etməyə məcbur etməyəcək.

Sozcu.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.

ABŞ rəsmisi dünyada təhdidlərin çoxaldığını, rəqabətin artdığını və güc dinamikasının dəyişdiyini bildirib:

"Çin beynəlxalq sistem qaydalarını təhlükə altına qoyur və buna şübhə yoxdur. Lakin bu, ölkələrin Çinlə çalışmayacağı anlamına gəlmir. Xüsusilə, iqlim dəyişikliyi və səhiyyə təhlükəsizliyi kimi problemlərin öhdəsindən təkbaşına gələ bilmərik. Müttəfiqlərimizin Çin ilə hər zaman uyğunlaşmayan əlaqələrinin olduğunu bilirik. Bu problemləri birgə həll etməliyik”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR