Bu dəfə Koçaryan Paşinyanı uddu - SORĞU

31-05-2021, 13:35 175 dəfə baxılıb

Ermənistanda seçki öncəsi siyasi gərginlik davam edir.

Azvision.az xəbər verir ki, növbədənkənar parlament seçkiləri ilə əlaqədər keçirilən sorğularda gah Nikol Paşinyanın komandası, gah da onun əsas rəqibi olan eks-prezident Robert Koçaryanın bloku birinci olur.
Dünən sosial şəbəkələr üzərindən təşkil olunmuş növbəti sorğuda keçmiş prezident Robert Koçaryanın "Ermənistan" bloku daha çox səs toplayıb.

"Bu bazar günü parlament seçkiləri keçirilsəydi, hansı siyasi qüvvəyə səs verərdiniz?” başlıqlı sorğuda Paşinyanın komandası aşağı fazilə səs yığıb. Koçaryanın "Ermənistan” blokunu respondentlərin 71 faizi, Paşinyanın "Vətəndaş razılaşması” partiyasını 3 faiz, eks-prezident Levon Ter-Petrosyanın "Erməni Milli Konqresi”ni isə 4 faiz dəstəkləyib.

Qeyd edək ki, "Mediaport”un keçirdiyi sorğu reallığı əks etdirməyə də bilər. Çünki bu kanal əsasən sərt müxalif mövqeyi ilə seçilir.

Bu dəfə Koçaryan Paşinyanı uddu


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR