Bakıda maraqlı hadisə baş verib

28-09-2015, 11:52 816 dəfə baxılıb

Bakıda maraqlı hadisə baş verib












"Baku Bus" şirkətinə məxsus 1 nömrəli marşrut avtobusuna mülki geyimdə bir nəfər minib.

Sürücü ondan kartla ödəniş etməsini istəyib. Həmin şəxs isə, polis əməkdaşı olduğunu deyərək, vəsiqəsini təqdim edib.

Sürücü həmin şəxsə yenə də ödəniş etməli olduğunu deyib: "Polis formasında olsaydınız, hə, ödəniş etmədən avtobusa minə bilərdiniz. Amma hazırda formada deyilsiniz. Ona görə də, ödəniş edin".

Polis bundan sonra sürücünü hədələməyə başlayıb: "Səni işdən çıxartdıraram. Görərsən sən". Və ardından telefonla kimlərəsə zəng vurub. Sürücü isə bu müddət ərzində avtobusu idarə etməkdən imtina edib.

Mübahisə böyüyüb. Sərnişinlər avtobusun dayanmasına etiraz ediblər. Sürücü buna görə, yoluna davam etməyə başlayıb. Amma mübahisə bitməyib. Polis 20 qəpiyə görə, hər kəslə mübahisə etməyə davam edib. Bu anları sərnişinlərdən biri mobil telefonun kamerası vasitəsi ilə qeydə alıb.

Həmin görüntüləri sizlərə təqdim edirik:


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR