Bakıda maskalı şəxs evə BASQIN ETDİ - Ev sahibini yaralayıb, pulunu apardı...

26-06-2019, 12:39 291 dəfə baxılıb


Bakıda maskalı şəxs evə BASQIN ETDİ - Ev sahibini yaralayıb, pulunu apardı...

İyunun 18-də saat 4 radələrində paytaxtın Zirə qəsəbəsində yaşayan S.Süleymanovanın evinə girmiş maskalı şəxsin onun baş və sinə nahiyəsinə bıçaqla daxilə nüfuz etməyən xəsarət yetirib oradan 600 manat pul aparması barədə Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə məlumat daxil olmuşdur.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılmışdır.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Ağsu rayon sakini H.Hümbətov polis əməkdaşları tərəfindən saxlanılmışdır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR