Azərbaycandan Avstraliyaya gedib çıxan 3.4 milyon dollarlıq narkotik: polis həbslər aparır

28-11-2019, 13:07 242 dəfə baxılıb

Azərbaycandan Avstraliyaya gedib çıxan 3.4 milyon dollarlıq narkotik: polis həbslər aparır

Azərbaycandan hava karqosu ilə Avstraliyanın Sidney şəhərinə göndərilən 21 kiloqram narkotik maddə ilə bağlı bu ölkənin polisi yeni həbslər həyata keçirib. Virtualaz.org Avstraliya mediasına istinadən xəbər verir ki, iri həcmdə narkotik maddənin idxal edilməsinə görə polis ötən gün üç nəfəri həbs edib. Onlardan birinin evindən 150 min dollar dəyərində heroin aşkar edilib.

Xatırladaq ki, Azərbaycandan hava karqosu ilə Avstraliayaya iri həcmdə narkotik maddənin gedib çıxması barədə xəbərlər hələ ötən həftə bu ölkə KİV-lərində yayılmışdı. Orada göstərilirdi ki, Avstraliyanın Sərhəd Polisi Azərbaycandan hava karqosu ilə göndərilən bağlamadan şübhələnib və yükün rentgen müayinəsi zamanı oradan ümumi çəkisi 7.5 kiloqram olan, “buz” adlandırılan metamfetamin tərkibli kimyəvi narkotik maddə aşkarlanıb. Həmin narkotik maddənin parakəndə satış qiymətinin 5.6 milyon dollar olduğu bildirilirdi.



Narkotik maddə 2019-cu il sentyabrın 8-də Sidney aeroportunda ələ keçirilib. Yükün aşkar edilməsindən iki həftə sonra polis Sidney ətrafındakı Castle Hill rayonunda yaşayan 48 yaşlı Artu Zahed adlı şəxsi həbs edib. Ona qarşı “buz” kimi tanınan narkotik maddəni böyük miqdarda, satış məqsədi ilə ölkəyə gətirmək ittihamı irəli sürülüb. Şəxs saxlanılıb, onun girov əvəzində sərbəst buraxılması istəyi rədd edilib. Həmin şəxs noyabrın 21-də yenidən Feyrfild rayon məhkəməsi qarşısına çıxarılıb.

İndi isə Avstraliya KİV-ləri polisin rəsmi məlumatlarına istinad edərək Azərbaycandan göndərilə narkotik maddənin həşiş qətranı olduğunu bildirir. 21 kiloqram ağırlığında narkotik dəmir folqanın içərisində göndərilib. Və onun bazar dəyərinin 3.4 milyon dollar olduğu göstərilir. Fotolardan görünür ki, narkotik rentgen şüalarının keçməməsi üçün dəmir folqaya bükülü olub.



KİV-lər yazır ki, Yeni Cənubi Uels ştatının polisi faktla bağlı təhqiqat çərçivəsində ötən həftə, noyabrın22-də daha üç nəfəri həbs edib. Bu şəxslər Sidenhemdə, avtomobil dayanacağında saat 5.30 radələrində həbs ediliblər. Yaşları 40, 45 və 61 olan şübhəlilər polis məntəqəsinə aparılıb,, avtomobil isə məhkəmə-tibbi ekspertizası üçün müsadirə edilib. Saxlanılanlardan 40 yaşlı və 61 yaşlı şəxslərə xaricdən iri həcmdə narkotik maddə gətirmək ittihamı irəli sürülüb, barələrində gələn il yanvarın 20-nədək həbs qətimkan tədbiri seçilib. 45 yaşlı şəxs isə sonrakı təhqiqatı gözləmək şərti ilə azad buraxılıb.

Təhqiqat çərçivəsində polis habelə Merriland və Smitfelddə üç evdə, habelə bir anbarda axtarış aparıb. Axtarış zamanı bazar dəyəri 150 min dollar olan daha 300 qram heroin, elektron tərəzi və təhqiqata aid olan digər dəlillər aşkarlanıb. Təhqiqat davam edir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR