Goranboydakı qətlin təfərrüatı: evli qadını sevgilisi güllələdi

6-08-2020, 13:44 409 dəfə baxılıb

Goranboydakı qətlin təfərrüatı: evli qadını sevgilisi güllələdi

Goranboy rayonunda baş vermiş güllələnmə hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Bu gecə rayonun Goran qəsəbəsində kənd sakini, 1986-cı il təvəllüdlü Zamanov Qərib Əfqan oğlu sevgi münasibətində olduğu Goran qəsəbə sakini, 1983-cü il təvəllüdlü İmanova Gülbuta Gürzalı qızını güllələyərək öldürüb. Q.Zamanov onu atasından miras qalan 32 kalibrlı "IJ" markalı tüfənglə vurub.

Q.Zamanov qadının yaşadığı kəndə gələrək onu orada qətlə yetirib. İlkin məlumata görə, G.İmanova evli olsa da, Q.Zamanov ilə sevgi münasibətində olub. Qətl də qısqanclıq zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR