Bakıda qadın intim görüntüləri ilə şantaj edildi - TƏFƏRRÜAT

24-08-2020, 13:41 358 dəfə baxılıb

Bakıda qadını intim görüntüləri ilə şantaj edən kişiyə cinayət işi açılıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bakı şəhər sakini Yəhya İsmayılovun barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddəsi ilə ittiham elan edilib.

Yəhya İsmayılovun barəsində olan cinayət işi baxılması üçün Xətai rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Cavid Hüseynin icraatına verilib.

İttihama görə, Yəhya İsmayılov qadını intim görüntüləri ilə şantaj edib, ondan xeyli miqdarda pul tələb edib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR