Azərbaycanda qətl və dələduzluqda təqsirləndirilən iş adamı Türkiyədə saxlanıldı

3-12-2020, 22:04 155 dəfə baxılıb

Türkiyədə İnterpol xətti ilə qırmızı bülletenlə axtarışda olan azərbaycanlı iş adamı Saduq Mehdiyev saxlanılıb.

Qəsdən adam öldürməkdə və dələduzluqda təqsirləndirilən 33 yaşlı iş adamı İstanbulda Bağcılar rayonunda tutulub.

S. Mehdiyev Azərbaycanda məhkəmə tərəfindən haqqında saxlama barədə qərar verildikdən sonra 2017-ci ildə Türkiyəyə qaçıb, müxtəlif ünvanlarda gizlənib.

Qeyd edək ki, S. Mehdiyev Azərbaycanda özünü tikinti şirkətinin rəhbəri kimi təqdim edərək çoxlu sayda insanı aldadaraq pulunu mənimsəməkdə, mübahisə zamanı isə bir nəfəri bıçaqlayaraq qətlə yetirməkdə şübhəli sayılır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR