Ronaldo həvəskar futbola ianələrin təşəbbüskarıdır

15-04-2020, 12:26 220 dəfə baxılıb

Ronaldo həvəskar futbola ianələrin təşəbbüskarıdır


Xəbər verildiyi kimi, Portuqaliya Futbol Federasiyası (FPF) 2020-ci ilin Avropa çempionatının finalı uğrunda seçmə mərhələsinə görə mükafatın məbləğinin yarısını COVID-19 koronavirusu səbəbindən ləğv edilmiş həvəskar futbol matçlarına dəstək fonduna keçirəcək.

Portuqal futbolçu, "Mançester Siti"nin yarımmüdafiəçisi Bernardu Silvanın bəyanatına görə, ianələrin təşəbbüskarı Kriştiano Ronaldodur.

Bernardu Silva "Instagram" sosial şəbəkəsinin "Bleacher Report" səhifəsində müsahibəsində deyib: "Kriştiano Ronaldo kömək etməyə həmişə hazırdır. Həvəskar klublara yardım üçün ianə ideyası ona məxsusdur. Portuqaliya komandasının oyunçuları "Euro 2020"də iştiraka görə mükafatın məbləğinin yarısını ianə edəcəklər və bu ideyanın təşəbbüskarı məhz odur".


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR