İbrahimoviç rekorda imza atdı

3-08-2020, 08:04 395 dəfə baxılıb

"Milan"ın isveçli futbolçusu Zlatan İbrahimoviç bir mövsümdə 10 qol həddinə çatan ən yaşlı oyunçu kimi A Seriyasının tarixinə düşüb.

38 yaş 302 günlüyündə olan oyunçu buna 38-ci turda "Kalyari" ilə görüşdə (3:0) nail olub. O, matçın 55-ci dəqiqəsində fərqlənməklə 1 mövsümdə vurduğu qolların sayını 10-a çatdırıb. İbrahimoviç bununla da A Seriyasında 10 qol həddinə çatan ən yaşlı oyunçu adını qazanıb.

İndiyədək rekord Silvio Piolaya məxsus idi. O, 1952-ci ildə "Novara"nın heyətində 10 qol həddinə 38 yaş 127 gününlüyündə çatmışdı.

Qeyd edək ki, Z.İbrahimoviçin çıxış etdiyi "Milan" başa çatmış mövsümü 6-cı pillədə tamamlayıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR