Premyer Liqa klubundan ən bahalı transfer

30-08-2020, 16:21 371 dəfə baxılıb

Premyer Liqa klubundan ən bahalı transfer



İngiltərənin "Lids" klubu "Valensiya"nın hücumçusu Rodriqonu heyətinə qatıb.

Premyer Liqanın debütantı bu transferi rəsmi saytı vasitəsilə bəyan edib.

29 yaşlı forvard yeni komandası ilə 4 illik müqavilə imzalayıb. O, "Lids" tarixinin ən bahalı transferi olub. İngilislər bu keçid müqabilində "yarasalar"a 30 milyon avro ödəyib. Oyunçunun çıxışına əsasən "Valensiya" daha 10 milyon avro bonus əldə edə bilər.

Qeyd edək ki, Marselo Byelsanın çalışdırdığı "Lids" 16 ildən sonra Premyer Liqaya qayıdıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR