“Fənərbaxça”nın 3 futbolçusunda COVID-19 aşkarlandı

26-12-2020, 22:59 192 dəfə baxılıb

Türkiyənin “Fənərbaxça” klubu koronavirus testinin nəticələrini açıqlayıb.

KONKRET.az xəbər verir ki, “sarı-lacivərdlilər”də 3 nəfərin testi pozitiv çıxıb. Məşqçi korpusu, futbolçu heyəti və klub işçilərindən götürülən testin nəticəsinə əsasən, 3 futbolçunun virusa yoluxduğu aşkarlanıb. Adları açıqlanmayan həmin oyunçular artıq təcrid olunublar.

Qeyd edək ki, “Fənərbaxça” bu gün start verilən Super Liqanın XV turunda istirahət edəcək.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR