Güləşçimiz Cəbrayıl Hacıyev Avropa çempionu oldu

19-05-2021, 19:58 165 dəfə baxılıb

Güləşçimiz Cəbrayıl Hacıyev Avropa çempionu olduŞimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından Milli.Az-a verilən məlumata görə, 70 kq-da çıxış edən sərbəst güləşçimiz Cəbrayıl Hacıyev Gürcüstan, İsveçrə və Rusiyadan olan rəqiblərinə qalib gələrək finala yüksəlib.

Moldova güləşçisiylə gərgin mübarizə şəraitində keçən həlledici qarşılaşmadan da qalib ayrılan Cəbrayıl ilk dəfə qatıldığı U-23 Avropa çempionatının qızıl medalını qazanıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR