İspaniya millisi Türkiyəni darmadağın etdi

18-06-2016, 11:29 605 dəfə baxılıb

İspaniya millisi Türkiyəni darmadağın etdi















Morata dubla imza atıb

Fransada keçirilən futbol üzrə Avropa çempionatının “D” qrupunda növbəti oyun keçirilib.

Nitsa şəhərinin “Alyans Rivyera” stadionunda Türkiyə və İspaniya yığmaları qarşılaşıb.

Matç Pireney təmsilçilərinin 3:0 hesablı qələbəsi ilə bitib.

Hesabı 34-cü dəqiqədə Alvaro Morata açıb. Üç dəqiqə sonra Nolito ikinci topu Türkiyənin qapısından keçirib.

İkinci hissənin əvvəllərində Morata Fatih Tərimin yetirmələrini üçüncü dəfə meydanın mərkəzinə dəvət edib.

Bu qələbə sayəsində xallarını altıya çatdıran İspaniya yığması Fransa və İtaliyanın ardınca turnirin 1/8 final mərhələsinə vəsiqəni təmin edib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR