Dieqo Kostanın əvəzinə Mauro İkardi

10-04-2019, 13:42 366 dəfə baxılıb

Dieqo Kostanın əvəzinə Mauro İkardi

taliyanın "İnter" klubunda gələcəyi qeyri-müəyyən olan Mauro İkardi üçün yeni iddia yayılıb.

XəzərXəbər AS nəşrinə istinadən xəbər verir ki, İspaniyanın "Atletiko" klubu argentinalı futbolçunu transfer hədəfinə alıb. Madridlilər komandanın hücumçusu Dieqo Kostanın klubdan ayrılacağı halda, İkardiyə təklif yollayacaq. Xəbərdə Dieqo Kostanın Çindən fantastik təklif aldığı və klubda ayrılmaq ehtimalının böyük olduğu vurğulanıb.

Qeyd edək ki, 26 yaşlı hücumçu bu mövsüm "İnter"də 30 oyuna 16 qol vurub, 4 assist edib. Dieqo Kosta isə "Atletiko"da 21 oyuna 5 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR