Yavər Camalov: "Azərbaycan elektromaqnit impulslu silahlar istehsal edəcək"

19-12-2016, 00:03 632 dəfə baxılıb

Yavər Camalov: "Azərbaycan elektromaqnit impulslu silahlar istehsal edəcək"
“Azərbaycan elektromaqnit impulslu silahlar istehsal edəcək”.

APA-nın xəbərinə görə, bunu müdafiə sənayesi naziri Yavər Camalov deyib. Nazir bildirib ki, silahların istehsalı istiqamətində danışıqlar başlayıb və yaxın illərdə istehsalı nəzərdə tutulub: “Bu silahlar 2 km məsafədə düşmənin radio-elektron qurğularını sıradan çıxaracaq”.

Nazir deyib ki, Azərbaycanın əsas məqsədi uzaq mənzilli raketlərin istehsalıdır. Bu istiqamətdə dünyanın hərbi şirkətləri ilə danışıqlar aparılır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR