“WhatsApp” messenceri eyni vaxtda bir neçə qurğuda istifadə ediləcək

24-09-2020, 08:29 214 dəfə baxılıb

"WhatsApp" messencerinin tərtibatçıları bir neçə qurğunun eyni vaxtda bir neçə hesaba qoşulması funksiyasını messencerə əlavə etmək niyyətindədirlər. Bu haqda "WABetaInfo" portalı məlumat verib.

Onlar artıq sözügedən yeniləmənin son versiyasını hazırlayıblar və yaxın vaxtlarda açıq beta sınaqlara başlanılacaq. Bundan sonra "WhatsApp" eyni zamanda 4 qurğuda istifadə edilə biləcək.

İstifadəçilər tez-tez bu proqramı bir neçə cihaz üçün dəstəyin olmaması səbəbindən qınaq edirdilər.

"WhatsApp"ın proqramçıları hələ cari ilin iyulunda bu funksiyanı elan etmişdilər. Yeni funksiya "Linked Devices" adlandırılacaq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR