"Nəfsinin köləsinə çevrilmiş acgöz, xalqın qarşısına çıxmağa üzü olmayan məmurlar..."

4-05-2020, 14:21 216 dəfə baxılıb

Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Baş Prokror Kamran Əliyevi videoformatda qəbul edib.

Prezident bu qəbulda koronavirus pandemiyası və onun ətrafında dünyada gedən proseslər, bu sahədə Azərbaycanda görülən və görülməsi vacib olan işlər, postneft və postpandemiya dövrünnü cağırışları və sair bu kimi çox mühüm məqamlara toxundu, baş prokrora bir sıra tapşırıqlar verdi. Bu qəbuda diqqətçəkən məqamlar çox oldu”.

Bu fikirləri Moderator.az-a açıqlamasında millət vəkili Əli Məsimli deyib. Millət vəkili “onlaraın arasından aşağıdakı məqamları xüsusi qeyd etmək istəyirik”,-deyə bildirdi:

“Prezident son vaxtlar etdiyi bütün çıxışlarda, dövlət adamlarını qəbul edərkən görüşlərdə olduğu kimi bu dəfə də islahatların zəruriliyi məsələsini önə çəkdi və dedi ki, cəmiyyət həyatının bütün sahələrində-siyası, iqtisadi,vməhkəmə-hüquq və sair sahələrdə həyata keçirilən islahatları genişlndirmək lazımdır. İslahatların zərurili məsələsi barədə onu deyək ki, hazırkı şəraitdə və Azərbaycanın gələcəyi üçün bu məsələnin keyfiyyətli həlli həyatı əhaəmiyyət kəsb edir. Karantin rejiminin tətbiqi insanların həyat və sağlamlığının qorumnmasında müstəsna tol oynayır. Eyni zamanda rəsmi açıqlamara görə, hazırkı rejim şətaitində Azərbaycan iqtisadiyyatı gündə 120-150 milyon manat itirir. Əhali və sahibkarlar külli miqdarda maddi zərərə məruz qalır. Bu hələ məslənin bir tərəfiidr…. Pandemiya və onun ətrafinda gedən proseslər bütün böhranlar zamnaı olduğu kimi, bu dəfə də Azərbaycan daxil bir çox ölkələri eyni start vəziyyətinə düzüb. Hansı ölkə postpandemiya və postneft dövrünnün tələblərinə uyğun cəmiyyət həyatının bütün sahələrində ardıcıl demokratik və sistemli islahatlat yolu ilə gedəcəksə, o da getdikcə amansızlaşacağı gözlənilən rəqabəti udub, önə çıxacaq. Hazırda elə bir zamanda yaşayırıq ki,bu günlər itirilən hər saatın arxasında duran maliyyə və digır itkilər bir neçə aydan sonra bütövlükdə bir günün itkilərinə bərabər olmaqla,daha böyük ziyanlara gətirib çxaracaq.Vəziyyətdən az itki ilə çıxışın və iqtisadiyytaımzı sürətlə bərpa edib,yenidən dayanıqlı artım və inkişaf yoluna çıxmağın alternatıvi olmayan yeganə magistral yolu cəmiyyət həyatının bütün sahələrində ardıcıl demokratik və sistemli islahatlardan keçir.İslahatlar kontekstində “nəyi, niyə və hansı istiqamətlərdə təkmillədirməli?” kimi 3 fundamental suala optimal cavab verə bilməliyik. Ona görə də Prezident islahatların dərinləşdirilməsi və genişləndirilməsinin zəruriliyindən danışdı.

Prezident bildirdi ki, ”islahatlar yeniləşmə, yeni yanaşma, müasir şəraitə uyğunlaşma deməkdir. Biz islahatlar aparmaqla ölkəmizi gücləndiririk və ölkəmizin gələcək dayanıqlı inkişafını şərtləndiririk. Tərəqqi islahatlarsız mümkün deyil. Ona görə hüquq mühafizə orqanlarında da digər sahələrdə olduğu kimi, islahatlara böyük ehtiyac var.”

Əli Məsimli bildirdi ki, Prezidentin bu çıxışında islahatlar kontekstində geniş yer verdiyi məsələlər içərisində kadr islahatları xüsusi yer tutur. Prezidentin hazırda həyata keçirilən kadr islahatlarını, yeni peşəkar, bilikli, müasir kadrlar önə çəkilməsini, onlara önəmli vəzifələr həvalə edilməsini zəmanənin tələbi adlandrdı. Doğrudan da bu gün müasir dünyada, xüsusən də postpandemiya dövründə yananacaq yeni situasiya, yeni çağırışlar şəraitində siyasi, iqtisadi sahələrdə, beynəlxalq müstəvidə müasir yanaşmaların tələb olunduğu bir şəraitdə yüksək keyfiyyətli təhsil almış gənc kadrlarlara böyük ehtiyac yaranıb və getdikcə də artacaq. Eyni zamanda Prezident onu da xüsusi vurğuladı ki, kadr siyasətində müasir tələblərə cavab verən bütün yaş kateqoriyasında olan kadrlardan səmərəli istifadə edilməli, təcrübəli kadrlar da öz biliklərini gənc nəsillə bölüşməlidirlər. Bildirildi ki, “belə olan halda təbii ki, hüquq mühafizə orqanlarında da daha genişmiqyaslı islahatların aparılması başlıca şərtdir. Kadrların peşəkarlığı da daim diqqət mərkəzində olmalıdır və siz bu məsələ ilə ciddi məşğul olmalısınız…. Çünki bu gün müstəqil dövlətimizin uğurlu yaşaması və möhkəmlənməsi, ilk növbədə, dövlətçiliyimizin möhkəmləndirilməsi ilə bağlıdır. Biz elə etməliyik ki, Azərbaycan bundan sonra da uğurla inkişaf etsin, müstəqilliyimiz daim möhkəmlənsin. Əlbəttə ki, istənilən sahədə kadrlar dövlətə, xalqa bağlı olmalıdırlar, vətənpərvər olmalıdırlar və onlar üçün dövlət maraqları hər şeydən üstün olmalıdır.”

Bununla belə burada xüsusi qeyd etmək yerinə düşər ki, bizdə Prezidentin qeyd etdiyi parametrlərə cavab verən kadrlarla yanaşı, uzun illərdir oturduğu kreslonu sərvətə konvertasiya etməklə məşğul olan nəfsinin köləsinə çevrilmiş acgöz, necə deyərlər, xalqın qarşısına çıxmağa üzü olmayan məmurlar da az olmayıb və indi də az deyil….Bu məsələyə münasibətdə bir haşiyə çıxmaq istərdik. Hazırda pandemiyaya yqarşı mübarizə üzrə hazırlanan tədbirlər paketlərində iqtidarın bütün yaş kateqoriyalarına aid kadrları iştirak etsə də, son dövrlərdə görəvə gətirilmiş gənc kadrlar aparıcı rol oynayır. Ona görə də nəticələrin uğurlu tərəfləri ümumi qiymətləndirilir, sənədlərdəki çatışmazlılara və qəbul edilən qərarların icrasındakı qüsurlara görə isə daha çox son dövrlərdə görəvə gətirilmiş gənc kadrlar günahlandırılır və bu yöndə pessimism notları özüün göstərir. Fikrimizcə, kadr seçimində ideal variant olmadığından, müxtəlif prizmalardan baxanda müxtlif problemləri olan iki variantdan birinin seçilməsi məsələsi söz qonusu olmalııdr.Yəni təcrübəsi yetərincə olub,amma korrupsiyaya qurşanmı kadrlarla yolun davamı ilə nəticəsi qabaqcadan bəlli olan labüd uğursuzluğa dükar olmaqdansa, korrüpsiyaya bulaşmayan, amma nisbətdə götürdükdə yetərincə təcrübsi olmayanlarla yol getmək daha münasib variantdır. Çünki dünyada heç bir ölkənin timsalında korrupsioneri düz yola gətrmk təcrübəsi yoxdur.

Təcrübəsiz isə günün tələblərinə cavab verən səviyyədə təhsilliidrsə,əli təmizdirsə, gözü toxdursa,dövlətinə,millətinə bağlııdrsa, 6 aya, uzağı bir ilə yetərincə təcrübə qazanacaq. Həm də nəzərə almaq lazımdır ki, böhranlar dövründə,konkret olaraq isə hazırkı pandemiya şəraitində işləyən hər bir məmurun bir aya topladığı təcrübə adi zamanlardakı bir neçə ilə toplanan təcrübədən daha gərəkli olacaq. Ona görə də bu qəbul zamanı Prezidentin xüsusi diqqət verdiyi ən əsas mövzunun korrupsiya məsələsinə həsr olunmasını təbii,məntiqi və Azərbaycanın taleyi, gələcəyi baxımından çox zəriri olduğunu xüsusi qeyd edtmək istərdik. Çünki məhz ifrata çatmış korrupsiya dövlətçiliyimizin dayaqlarını sarsıdır,qurd ağacı işəridən yediyi kimi, korrupsiya da cəmiyyəti,dövlətin resurslarını,potensialını, islahatlar istiqamətində atılan bütün başlanğıcları içəridən yeyir,əhalinin islahatların bəhrəsində tam və əhatəli şəkildə faydalanmasına imkan vermir,xalqı dövlətdən narazı salır.Əgər korrupsioner məmur hazırkı karantin rejimində dövlətin evdə qalmaq tələbinə əməl edib,işini itirib, bir parca gündəlik çorəyə belə möhtac qalmış ailələr üçün ayri-ayrı qurumların,imkanlı insanların ərzaq yardımına da tamah salmaq səviyyəsinə enə bilirsə, dilçilik üzrə mütəxəssislərimizn belə məmurları adlandırmaq üçün uyğun söz tapmasına ehtiyavc var. Ona görə də Prezident bu görüşündə vurğuladı ki: “digər vacib vəzifələrdən biri korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədir…. Mən bu məsələ ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişdim. Bütün dövlət məmurlarını xəbərdar etmişdim və hətta demişdim ki, əgər hansısa dövlət məmuru öz işində düzəlişlər edə bilmirsə, yaxud da ki, istəmirsə, qoy özü könüllü şəkildə dövlət işindən istefa versin.Amma əfsuslar ki, mənim sözlərim bəziləri üçün dərs olmadı və bunun nəticəsində indi Dövlət Təhlükəsizliyi Xidməti bir neçə əməliyyat keçirərək rüşvətxorları, yüksək vəzifə sahiblərini ifşa etdi və onlar artıq cinayət məsuliyyətinə cəlb edilmişlər. Ağstafa, Biləsuvar, Yevlax, Neftçala rayonlarının icra başçıları həbs edilmişdir.”

Əli Məsimli bu məəsləyə münasibətdə başqa bir məqamın da əhəmiyyətini qeyd etməklə bildirib ki, korrupsiya ilə mübarizə məsələləri mayın 1-də Milli Məclisdə Hesablama Palatasının 2019-cu il üçün hesabatının müzakirəsi zaman da xüsusi yer tutdu.Həmin müzakirələr zamanı bildirdik ki, ötən il Hesablama Palatası büdcəyə 21 milyon manat vəsait bərpa edilib. Təbii ki, büdcə vəsaitlərindən səmərəsiz istifadənin və mənimsəmələrin dairəsi fonunda bu, çox azdır. Amma əvvəla, Milli Məclisdəki müzakirələr zamnaı Hesablama Palatasının fəaliyyətinin müsbət məqamları ilə yanaşı, qüsurlu cəhətləri də həmişə açıq deyən bir şəxs kimi,onu da etiraf etmək lazımdır ki, reallıq hissini itirməyən hər kəsə məlumdur ki, Palata mümükün olanı edir. İkincisi,bu mümükün olanın özü belə ölkədə korrupsiyanın,dövlət vəsaitindən istifadə, dövlət satınalmaları və digr dövlət xərcləmələri zamanı yeyintilərin, şişirtmələrin və digər sui istiifadə halları barədə təsəvvür yaranmasından ötrü zəngin material verir.Həm də belə bir kəlamı da nəzərə almaq lazımdır ki,dəniz suyunun şor olmasını sübut etməkdən ötrü, dənizin bütün suyunu içməyə ehtiyac yox, onun bir damlasını dadmaq yetərliidr. Bu baxımdan, Hesablama Palatası hər il audit, təhlil və müxtəlif səpgili yoxlamarın nəticəsi kimi həqiqiqətən çox sanballı və əhatəli bir sənəd ortaya qoyur. Bu qurumun fəaliyyəti nəticəsində ortaya çıxan faktlar fonunda büdcəyə bərpa olunan məbləğ kiçik olsa da, hazırlanan rəy və tövsiyyələr ölkədə korrupsiyanın miqyasları barədə fikirləşmək və təsəvvür etmək üçün yetərincə zəruri məlumat verir. Biz son illər qanunvericilikldə qəti-imkan tədbirlərinin paynın azaldılması, humanizmin genişləndirilməsi istiqamətində atılan addımları həmişə dəstəkləmişik və dətsəkləyirik.Bununla belə dövlətin sarsıdılmasında ən ciddi amillərdən birinin məhz sinayətin cəzasız qalmasının fəsadlarını da unutmaq olmaq. Ona görə də sadəcə araşdırmalarda qüsurlarla cinayətin arasında xalqın xeyrinə, dövlətçılıyimizin qorunmasının, möhkəmlənməsinin mınafeyinə optimal yanaşmanın olması lazımdır. Hər şeyi öz adı ilə adlandırsaq, dövlət vəsaitinin mənimsənilməsinin, yeyilməsinin bir adı var-cinayət… Dövlət bu məsələdə sarsılmasın,dayaqları zəifləməsin deyə, cinayət cəzasız qalmamalııdr.

Son dövrlərdə 4 icra başçısının həbsi onu deməyə əsas verir ki, artıq cəzalandırma aşağı ranqlı məmurlarlala məhdudlaşmayacaq, orta ranqı əhatə edir və etməkdə davam edəcək.Bununla yanaşı mayın 1-də Milli Məclisdəki çıxışımızda xüsusi qeyd etdiyimiz kimi, artıq yüksək ranqa mənsub olan məmurların da korrupsiya əməlləri ilə bağlı sərt addımlar atılmasının zamanı çatıb. Amma indiyəcən heç bir ölkə yalnız cəza tədbirləri vasitəsilə bu problem məqbul səviyyədə həll edə bilməyibsə,deməli həm də islahatlar yolu ilə korrupsiyanı şərtləndirən mühiti aradan qaldırmaq lazımdır ki, korrupsiya ilə məşğul olmaq imkanı olmasın. Bundan ötrü profiklaktik tədbirlərin gücləndirilməsi, korrupsiyaya meyllənmiş məmurların vaxtında aşkarlanması və durdurulması işlək mexanizmi həyat keçirilməliidr ki, məmurın yüz milyonlar mənimsədiyi yalnız işdən çıxandan sonra yox, zamanında bilinsin. Bu məsələnin də fundamental həlli yenə də köklü islahatlardan, aşkarlığın,hesabatlılığın, məsuliyyətin artırılmasından keçir.

Bu kontekstdə rəqəmsal alətlərdə istifadənin müasir texnologiya və metodikaların tətbiq,eləcə də auditlərin dairəsinin genişləndirilməsi yolu ilə Hesablama Palatasının qaldırdığı məsələlərə və irəli sürdüyü təkliflərə aidiyytaı orqanlar tərəfindən daha ciddi yanaşma olsa, büdcəyə bərpa edilən məblği 21 milyon yox, bəlkə də 400-500 milyon manat və ondan da yüksək səviyyədə görə bilərik. Amma bu məsələnin bir tərəfidir…. Məsələnin köklü həll etməkdən ötrü, digər şərtlərlə yanaşı həm də Hesablama Palatasının Milli Məclisdəki hesabatı zamanı qaldırılan məsələləri və verilən təklifləri də əlavə etməklə Paatanın hesabatını sistemlşdirib çox ciddi bir İslahat Paketinə çevirmək və həyat keçirmək lazımdır.İnanırıq ki, belə bir Paketin reallaşdırılması hm islahatlarık hatə dairsinin xeyli genişlənməsiənə,həm də postpandemiya dövünün problemlərinin sürətlənməsinə heç bir paketlə müqayisəolunmaq dərəcədə daha böyük töhfələr verə bilər.

Onda yeni qanunların qəbuulun sürətləndirmək, mövcud qanunlarda zəruri dəyişiklilərin dairəsini genişləndirmək hesabına ümumiyyətlə islahatların, o cümlədən korrupsiayaya qarşı mübarizənin hüquqi bazasının möhkəmləndirilməsi, iqtisadiyytaın, maliyyə sektorunun böhrandan çıxışının sürətləndirilməsi, sosial proseslərin tənzimlənməsinin səmərəlilinin artırılması istiqamətində də genişplanı işlər görmək olar.Bu əsasda qanundakı böşluqları aradan qaldırmaq,qanundan yuxarıda durub dövlət,xalq malını mənimsəyənlər barədə ciddi ölçülər götürmək,qanunu hamya şamil edilməsinə təmin etmək,əhalinin nararzı qaldıqları problemlərin həllinin sürtləndirmək istiqamətində ciddi addımar atmaq olar. Bununla əlaqədar olaraq Prezident bildirdi ki:”bütün hüquq mühafizə orqanları elə çalışsınlar ki, həm vətəndaşlar, ictimaiyyət onların işindən razı olsun, eyni zamanda, dövlətin maraqları və qanunun aliliyi təmin edilsin.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR