Hacıqabulda avtomobil aşdı: 5 nəfər xəsarət alıb

3-05-2016, 10:08 597 dəfə baxılıb

Hacıqabulda avtomobil aşdı: 5 nəfər xəsarət alıb













Araşdırma aparılır

Hacıqabulda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunu məlumatına görə, dünən saat 21.00 radələrində Bakı-Qazax magistralının 88-ci kilometrliyində, Hacıqabul rayonunun Qızılburun kəndi Bakı şəhəri Nizami rayon sakini, 1986-cı il təvəllüdlü Qurbanov Arzu Vahid oğlunun idarə etdiyi “Hyundai ix35” markalı avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə sürücü, avtomobildə olan həyata yoldaşı, 1988-ci il təvəllüdlü Qurbanova Asimə Asim qızı, 4 aylıq Qurbanov Vahid Arzu oğlu müxtəlif bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Ailə üzvlərindən 3 yaşlı Dəniz Arzu qızı Qurbanova və daha bir nəfər yüngül xəsarət alıblar.

Hadisəyə yağışlı havanın səbəb olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR