Vodyanovanın anası azərbaycanlılardan şikayət etmək fikrindən daşındı - VİDEO

15-08-2015, 15:10 954 dəfə baxılıb

Vodyanovanın anası azərbaycanlılardan şikayət etmək fikrindən daşındı - VİDEO


















Məmmədova Kusakinanın evinə üzr istəməyə gəlib

Larisa Kusakina Nijeqorodsk parkında baş verən mübahisəni dinc yol ilə həll etmək qərarına gəlib.

azinfo.tv LifeNews-a istinadən xəbər verir ki, məşhur model Natalya Vodyanovanın anasının bəyan etdiyinə görə, onun serebrial iflic və autizmdən əziyyət çəkən ikinci qızı Oksananın xətrinə dəyən kafe işçilərini bağışlayır.

“Flaminqo”nun sahibəsi Svetlana Məmmədova ilə söhbətdə qadın baş verənlər ətrafında səs-küyə son vermək üçün polisdən ərizəsini geri götürəcəyini bildirib.

Məmmədova baş verənlər haqqında xəbər tutduqdan sonra əməkdaşlarının davranışına görə üzr istəmək üçün Kusakinanın evinə gəlib. Kafenin sahibəsi əməkdaşlarının xəstə qız ilə niyə belə davrandıqlarının səbəbini anlamadığını söyləyib. O, qızın anasını təqsirkarların artıq işdən azad olunduqlarından əmin edib.

Larisa Kusakina öz növbəsində bildirib ki, kafe işçilərini məhkəməyə verə bilərdi, amma bu sonluğu istəmir. O, əksinə, parkın rəhbərliyi ilə “Flaminqo”nun yenidən açılması barədə danışacağını qeyd edib. Baş verən hadisə haqqında məlumat KİV-ə sızdıqdan sonra kafe ilə müqaviləni pozublar.

Avqustun 11-də 27 yaşlı Oksana Kusakina və onun dayəsi kafeyə istirahət etmək üçün daxil olublar. Kafenin direktoru onlardan getmələrini istəyib. Sonra isə onları kafedən çıxarmaq üçün mühafizəni çağırıb. Dayə baş verənlər barədə qızın anası Larisa Kusakinaya xəbər verib. Ora gələn L.Kusakina ilə kafe direktoru arasında mübahisə yaranıb. Hadisə yerinə polis çağırılıb. Hər iki tərəf şikayət ərizəsi yazıb.

“Flaminqo”nun əməkdaşlarının versiyasına görə onlar qıza yardım etmək üçün həkim çağırmaq istəyiblər. Çünki o, özünü qeyri-adekvat aparıb, başını divara vurub. Oksananın anasının sözlərinə görə isə, kafenin direktoru dayə və qıza müştəriləri qorxutduqlarını bildirib.

“Kafenin direktoru qızıma yaxınlaşaraq “rədd ol burdan!” deyib. Daha sonra onları “dəlixanadan” adam çağıracaqları ilə hədələyib”, - Kusakina qeyd edib.

Cari fakt üzə avqust ayının 13-də Rusiyanın İstintaq Komitəsi tərəfindən “insan ləyaqətini mənsub olduğu sosial qrup əlamətlərinə görə alçaltma, zorakılığın tətbiq edilməsi və ya tətbiq edilməsinə dair hədə-qorxu” maddəsi üzrə cinayət işi açılıb. Rusiya istehlakçı nəzarətinin İdarəsində TASS-a bildiriblər ki, Vodyanovanın bacısının maraqlarının müdafiəsi üçün iddia ərizəsi hazırlanır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR