Binalara yeni liftlər quraşdırılır - Birinin qiyməti 13 min dollar

2-05-2019, 10:24 168 dəfə baxılıb

Binalara yeni liftlər quraşdırılır - Birinin qiyməti 13 min dollar


Bakıda çoxmərtəbəli binalara yeni liftlərin quraşdırılmasına başlanılıb.

Bunu "Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Xalid Ələkbərov deyib.

Bildirib ki, prosesə Nizami rayonundan başlanılıb.

Belə ki, rayonun Qara Qarayev prospekti 47 ünvanında yerləşən 10 bloklu, 9 mərtəbəli yaşayış binasında birinci lift quraşdırılıb:

"Bakıda çoxmənzilli binalarda liftlərin yeniləri ilə əvəzlənməsi ilk olaraq pilot layihə olaraq Bakının Nizami rayonunda həyata keçirilməsi qərara alınıb. Digər mərhələdə liftlər Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində quraşdırılmağa başlanılacaq”.

Baş direktor qeyd edib ki, bir liftin qiyməti 12 800 ABŞ dollardır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR