Hücum lazımdır, hücum: ya ölüm, ya qalım!..

24-06-2019, 23:47 387 dəfə baxılıb

Hücum lazımdır, hücum: ya ölüm, ya qalım!..


Azərbaycanın 27-ci ildir ki, işğal altında qalan Laçın rayonunun Hoçaz kəndində sülənən ermənilər daha bir tarixi məbədimizi abadlaşdıraraq öz kilsələri kimi açılışını ediblər.

Separatçı nəşrlərin yaydığı məlumata görə, “Tufengyan” fondunun vəsaiti hesabına təmir olunmuş Azərbaycan məbədinin açılışında Qarabağın erməni keşişi Parqev Martirosyan və “Kaşataq” adlandırılmış Laçın, Qubadlı, Zəngilan ərazilərinin faktiki başçısı, ABŞ vətəndaşı Stepan Sərkisyan iştirak edib.

Qeyd edək ki, Hoçaz kəndinin faktiki “icra nümayəndəsi” fotoda gördüyünüz cavan erməni qadındır...

P.S. Xatırladaq ki, ermənilərin Azərbaycanın işğal altındakı ərazilərində erməni kilsəsi kimi təqdim etdiyi bütün tarixi abidələr müsəlmanlığın qəbulunadək xristian kimi yaşamış soydaşlarımızın ibadət məkanları olub...

P.P.S. Artıq Bakıda, Şəkidə oturub ermənilərin torpaqlarımızdakı əməli işlərinə qarşı boş-boş danışmağımızın heç bir mənası yoxdur... Hücum lazımdır, hücum: ya ölüm, ya qalım!..

Sultan Laçın.moderator.az


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR