Təhsil müəssisələrinin akkreditasiyası üçün dövlət rüsumu müəyyənləşib

26-07-2019, 15:00 1007 dəfə baxılıb

Təhsil müəssisələrinin akkreditasiyası üçün dövlət rüsumu müəyyənləşib

Təhsil müəssisələrinin akkreditasiyadan keçirilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyənləşib.

Bu, Prezident İlham Əliyev bu gün tətbiqi haqqında sərəncam imzaladığı "Dövlət rüsumu haqqında” və "Təhsil haqqında” qanunlara dəyişiklikdə əksini tapıb.

Beləliklə, akkreditasiyadan keçirilmə ilə əlaqədar məktəbəqədər təhsil müəssisələrindən 2000 manat, ümumi təhsil müəssisələrindən 5000 manat, məktəbdənkənar təhsil müəssisələrindən 5000 manat, peşə təhsili müəssisələrindən 10000 manat, orta ixtisas təhsili müəssisələrindən 12000 manat, ali təhsil müəssisələrindən 20000 manat, əlavə təhsil müəssisələrindən 12000 manat, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələrdən 12000 manat dövlət rüsumu tutulacaq.

Bu rüsumlar özəl təhsil müəssisələrinə şamil olunacaq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR