Özbəkistan vətəndaşı xalqımızla həmrəylik nümayiş etdirib

23-10-2020, 12:56 179 dəfə baxılıb

Özbəkistan vətəndaşı, təqaüdçü Lutfulla Akbarov Gəncə hadisələrində zərər çəkən vətəndaşlarımıza ianə edib.

Bu haqda Lutfulla Mirzayev Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev ilə görüşündə deyib.

Səfir görüşdə Ermənistanın təxribatları, Azərbaycanın adekvat cavab tədbirləri görməsi, terrorçu Ermənistanın qədim Gəncə, Mingəçevir şəhərlərini, rayon və kəndlərimizi raket atəşinə tutması haqqında məlumat verib. Gəncə və digər ərazilərimizdə dağıntıların, həmçinin insan tələfatının, yaralıların olduğu diqqətə çatdırılıb.

H.Quliyev deyib ki, işğal altındakı ərazilərimizin bir hissəsi Azərbaycan Ordusunun əks-hücumu nəticəsində artıq azad edilib.

Lutfulla Mirzayev AZƏRTAC-ın müxbirinə deyib ki, anası Kausar Mirzəyeva vaxtilə Gəncədə təhsil alıb, Bakıda doktorluq dissertasiyası müdafiə edib, uzun müddət Özbəkistanda müxtəlif vəzifələrdə çalışıb: "Ermənistanın qədim Gəncə şəhərini raket atəşinə tutması ürəyimi ağrıtdı. Televiziyada dağıntıları gördüm. Mən bilirəm ki, Gəncə Dağlıq Qarabağdan çox uzaqdadır. Cəbhə xəttindən uzaqda olan dinc şəhəri də raket atəşinə tutarlarmı? Belə görürəm ki, buna əmr verənlər ağlını itirib”.

O, söhbətinin sonunda deyib: "Azərbaycanın bütün torpaqlarının işğalçı Ermənistan ordusundan azad olunmasını arzulayıram. Bu yolda Azərbaycan Silahlı Qüvvələrinə uğur və tezliklə daha böyük zəfərlər diləyirəm”. (AZƏRTAC)


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR