Qarabağdakı ermənilər silahı təhvil verməyəcək - Vitalı Balasanyan

6-01-2021, 10:28 376 dəfə baxılıb

Qarabağdakı silahlılar silahları təhvil verməyəcək.

Bunu terrorçu rejimin "Təhlükəsizlik Şurasının katibi” Vitali Balasanyan deyib.

O iddia edib ki, Qarabağdakı ermənilərdə qanunsuz silah yoxdur: "Qarabağa gediş-gəlişə nəzarətin yeni kriteriyalarının müəyyənləşdirilməsinə hazırda ehtiyac yoxdur. Qarabağın silahlı qüvvələri və güc strukturları (söhbət qanunsuz erməni silahı birləşmələrindən gedir-red.) öz vəzifələrini yerinə yetirir. Əhalidə isə qeyri-leqal silah və döyüş sursatı yoxdur. Buna görə də silahların təhvil verilməsinə ehtiyac yoxdur".

Beləliklə, Qarabağda qalan terrorçuların silahı təhvil verməyəcəyi aydın görünür. cebhe.info


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR