Şəhid övladına DİN-də vəzifə verildi

2-03-2021, 14:43 143 dəfə baxılıb

Şəhid övladına DİN-də vəzifə verildiDaxili İşlər orqanlarında yeni təyinat olub.

Oxu.Az-ın məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis baş leytenantı Sənan Əsgərov Şuşa Rayon Polis Şöbəsində müvafiq vəzifəyə təyin edilib.

 

O, bundan əvvəl Goranboy Rayon Polis şöbəsində çalışıb.

Xatırladaq ki, Sənan Əsgərovun atası Əsgərov Xəzani Kərəm oğlu Şuşa Rayon Polis şöbəsinin əməkdaşı olub və 1994-cü ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olub.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR