Hüseyn xəstəxanada niyə 40 gün saxlanılmır?

22-04-2019, 17:37 144 dəfə baxılıb

Hüseyn xəstəxanada niyə 40 gün saxlanılmır?



Sulutəpə qəsəbəsində 4 yaşlı uşağın itin hücumuna məruz qalması və itin uşağın üz nahiyyəsini dişləməsi nəticəsində hələlik heç bir quduzluq əlaməti qeydə alınmayıb. Bu səbəbdən 4 yaşlı balacanın həftə sonu evə buraxılması gözlənilir.

Lakin quduzluq əlamətlərinin hələ 40 gün müddətində görülmə ehtimalını nəzərə alanlar uşağın evə buraxılmasından narahatlıq keçirib. Bu səbəbdən bir çoxları balacanın hələ 40 gün müddətində xəstəxanada, nəzarət altında saxlanılmasını məsləhət görüb.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, 4 yaşlı Hüseyn Məmişovun yaraları sağalandan sonra evə yazılacaq:

“Zərdablarının davamı isə ya İnfeksion xəstəxanada, ya da poliklinikada davam etdirilməlidir. 40 gün xəstəxanada qalmasına ehtiyac və zərurət yoxdur”.

Xatırladaq ki, 4 yaşlı Hüseyn Məmişov həyətlərində oynayan zaman küçə iti həyətə girərək ona hücum edib və üz nahiyyəsindən dişləyib. İt quduz olduğu üçün uşağı dişlədikdən sonra ölüb.

Hazırda xəstəxanada olan balacanın durumu normaldır. Heç bir quduzluq əlaməti qeydə alınmayıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR