“TROLL MÜHARİBƏSİ”- Regional Mədəniyyət İdarəsinin işçiləri Cəmil Məmmədliyə niyə hədə-qorxu gəliblər

21-11-2018, 11:32 1023 dəfə baxılıb

YAP-ın Xaçmaz rayon təşkilatının sədri, Mədəniyyət Regional İdarəsinin direktoru Nazim Ağayev və jurnalist Cəmil Məmmədli arasında qalmaqal hüquq müstəvisinə keçib.
Azerinfo.tv-
yə daxil olan məlumata görə qalmaqala səbəb jurnalistin sosial şəbəkədə İqtisadi İnkişaf Nazirliyinin Xaçmaz Regional Mədəniyyət İdarəsi ilə bağlı sənədlərinin yayması olub.

“TROLL MÜHARİBƏSİ”- Regional Mədəniyyət İdarəsinin işçiləri Cəmil Məmmədliyə niyə hədə-qorxu gəliblər

Sənədlərdə dövlət tərəfindən idarəyə ayrılmış vəsaitlərin miqdarı göstərilib.
Jurnalist yazdığı məlumatlarda böyük korerupsiya faktlarına işarə edilib:” Xaçmaz Mədəniyyət və Turizm Şöbəsi, Nazim Ağayevin rəhbərliyi altında təkcə 2011-2015-ci illərdə 2 569 185 (iki milyon beş yüz altmış doqquz min yüz səksən beş) manatlıq dövlət satılmaları həyata keçirib.
2013-cü ildə isə 29 350 (iyirmi doqquz min üç yüz əlli) manatlıq "NEFT" alıb.
P.S. "Uveus" MMC adlı neft alqı-satqısı ilə məşğul olan firma tanıyırsız?
Hüquqi ünvanı: Sumqayıt şəhəri, Məhəllə 30, ev 2, mənzil 24...”

Bu kimi məlumatları yayımlıadıqdan sonra “facebook” sosial şəbəkəsində jurnalistə qarşı əsil “müharibə” başlayıb. Xaçmaz Regional Mədsəniyyət İdarəsinin işçiləri və diğərləri Cəmil Məmmədliyə hədə-qorxu gəliblər, bəziləri isə təhqir edib.


“TROLL MÜHARİBƏSİ”- Regional Mədəniyyət İdarəsinin işçiləri Cəmil Məmmədliyə niyə hədə-qorxu gəliblər
Cəmil Məmmədli polisə müraciət edikdən sonra araşdırma başlanılıb. Jurnalist bundan sonra yazın ki, onu təhqir edənlərdən biri kənd icra nümayəndəsi imiş. Diğərləri də vəzifəli şəxslərdir:
“O gün yazdığım statusa görə məni təhqir edənlər YAP-ın Xaçmaz Rayon təşkilatının rəhbərliyi və Xaçmaz Regional Mədəniyyət İdarəsinin əməkdaşları olub.
Fazil Rəhmətov YAP-ın rayon təşkilatında Nazim Ağayevin müavini,
Faraod adlı şəxs Su idarəsinin müdiri Bəybalanın oğlu,
Anar Agayev adlı şəxs rayon icra hakimiyyəti başçısının müavini Bəxtiyar Osmanovun xalasıoğludur.
Regional Mədəniyyət İdarəsində işləyirlər...
İdarənin rəhbəri, YAP-ın Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayevin tapşırığı ilə belə ediblər. İndi isə üstümə bütün rayon təşkilatı ilə hücuma keçiblər. Düşünürlər ki, təkəm, şər-böhtanla məni susduracaq və "cəzalandıracaqlar"...”
Mövzunu diqqətdə saxlayacağıq. Qarşı tərəflər mövqelərin açıqlaya bilər.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR