50 min manata nömrə satan DYP inspektoru Afiyyədin Leysanov kimdir?

10-04-2019, 20:16 898 dəfə baxılıb

50 min manata nömrə satan DYP inspektoru Afiyyədin Leysanov kimdir?

Azərbaycanda avtomobil nömrələrinin müxtəlif qiymətlərə satılması ərəb ölkələrindəki kimi dəb halını alıb. Ölkəmizdə "zerkalni" deyilən nömələrin qiymətləri isə bəzən dodaq uçuqladır desək heçdə yanılmarıq.

AzFakt.com-a daxil olan məlumat görə, paytaxt Bakıda nömrə biznesi ilə məşğul olan Baş Dövlət Yol Polisi İdarəsinin “Meyvəli terminalı”na yaxın ərazidə fəaliyyət göstərən Qeydiyyat-imtahan şöbəsində bir müddət öncə 50 min manata nömrə satılıb.

Məlumata görə, 11-111 və orta seriyası da cüt hərfli olan həmin nömrəni iş adamlarından biri alıb. Məlumatda qeyd edilir ki, 11-111 nömrəsini Qeydiyyat-imtahan şöbəsinin inspektoru Afiyyədin Leysanov satıb.

Afiyyədin Leysanovun ölkədə nömrə biznesini əlində cəmləşdirən BDYPİ İmtahan-qeydiyyat şöbəsinin rəisi Müşfiq Rəhimovun yaxın adamı olduğu iddia edilir.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR