Qaxda biabırçılıq- İCRA BAŞÇISI MÜƏLLİMLƏRİ TƏHQİR EDİB, NARAZILIQ VAR - VİDEO

24-10-2015, 13:52 900 dəfə baxılıb

Qaxda biabırçılıq- İCRA BAŞÇISI MÜƏLLİMLƏRİ TƏHQİR EDİB, NARAZILIQ VAR - VİDEO










112 Saylı Qax Seçki Dairəsidə biabırçı vəziyyət yaşanır

Qax rayonu Ləkit kənd orta məktəbinin tarix müəllimi Vaqif Aydınova qarşı olunan təhdidlər, onun iradəsinə zidd ifadələr verməyə məcbur edilməsi Azərbaycan müəllimi adının şərəf və ləyaqətinin alçaldılmasından başqa bir şey deyil.

Oktyabrın 17-də Ləkit kəndində yerli sakinlərlə görüşən deputatlığa namizəd Əhməd Şahidov kəndin qayğılarından danışıb. Görüşdə çıxış edən kənd məktəbinin müəllimi Vaqif Aydınov kənddə üzləşdiyi problemlərdən danışıb, yerli məmurların təzyiqlərini sadalayıb və Əhməd Şahidova dəstəyini ifadə edib. Bundan 1 gün sonra - Oktyabrın 18-də sosial şəbəkələrdə yayılan video isə həqiqətən də bütün dəyərlərin tapdanması və müəllim adının ayaqlar altına salınması idi.

Belə ki, Vaqif Aydınovun birinci çıxışından sonra onun evinə gələn Kamal Muxtarlı adlı bir şəxs Vaqif müəllimi küçə söyüşləri ilə təhqir etmiş, özü ilə gətirdiyi 10-a yaxın adamları göstərərək, Vaqif Aydınovu öldürtdürəcəyini bildirib. Ailə üzvlərinin gözü qarşısında baş verən bu hadisədən bərk qorxan Vaqif Aydınov kamera qarşısında təkzib verməyə məcbur edilib. Ləkit kənd məktəbinin Tarix müəllimi olan Vaqif Aydınovun hər iki çıxışını sizlərə təqdim edirik.

Görün, öz şəxsi maraqları naminə Azərbaycan müəlliminin şərəfini ayaqlar altına atan insanlar daha nələrə əl atırlar. Ümid edirik ki, Təhsil Nazirliyi və ölkə rəhbərliyi bu rəzalətə reaksiya verəcək və günahkarlar layiqli cəzalarını alacaqlar.

Qeyd edək ki, bir neçə gün öncə “Qaxdakı vəziyyət Prezidentə məruzə olunub - İcra başçısının başı dərddə” başlığı ilə yazı dərc etmişdik.

Seçki gününə sayılı günlər qaldığı bir ərəfədə regionlarda təbliğat-təşviqat prosesinə yersiz müdaxilələr barədə yerli Dairə Seçki Komissiyaları və hüquq mühafizə orqanları mütəmadi olaraq, Bakıya məlumatlar ötürürlər.

7News.az xəbər verir ki, gərgin seçki ab-havasının müşahidə olunduğu və ölkə rəhbərliyi tərəfindən xüsusi diqqətdə saxlanılan dairələrdən biri də 112 Saylı Qax Seçki Dairəsidir. Belə ki, Qax rayonunda baş verən son hadisələr, təbliğat-təşviqat prosesinin gedişi və yerli icra strukturlarının fəaliyyəti barədə ölkə rəhbərliyinə məruzə olunub.

Hakimiyyətə yaxın mənbənin verdiyi məlumata görə, ölkə başçısına şəxsən məruzə olunan hesabat yerli hüquq-mühafizə orqanlarının və Bakıdan göndərilmiş monitorinq qrupunun hazırladığı faktlar əsasında hazırlanıb. İlham Əliyevə məruzə olunan hesabatda Qax rayon İcra Hakimiyyətinin ayrı-ayrı əməkdaşlarının, icra nümayəndələri və bələdiyyə sədrlərinin adları və qeyri-qanuni fəaliyyəti barədə ciddi məqamlar var.

Qaxda baş verənləri birbaşa nəzarətdə saxlayan ölkə rəhbərliyi hesabatda adları hallanan yerli məmurların nəzarətə götürülməsi və seçki prosesinə müdaxilələrin qarşısının alınması barədə xüsusi tapşırıq verib.

Görünən odur ki, icra başçısı Musa Şəkiliyevin başı dərddədir. Belə ki, icra başçısının təlimatı ilə fəaliyyət göstərən yerli məmurlar, bəzi icra nümayəndələri və bələdiyyə sədrləri yerli hüquq mühafizə orqanlarına verdikləri məlumatda bütün təlimatların birbaşa icra başçısından gəldiyini etiraf ediblər.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR