Milli Məclis üzvləri vəsiqələrini aldılar - iki deputatdan başqa

13-03-2020, 13:30 225 dəfə baxılıb

Milli Məclis üzvləri vəsiqələrini aldılar - iki deputatdan başqa

Milli Məclisin plenar iclası öz işini davam etdirir. Milli Məclis üzvlərinə deputat vəsiqələrinin təqdim olunması mərasimi başa çatdı.

MSK sədri Məzahir Pənahov siyahıya uyğun olaraq deputatlara vəsiqələrini təqdim etdi. Maraqlısı bu idi ki, MSK sədri vəsiqə təqdimatı zamanı heç bir deputatla əl verib görüşmədi. Güman olunur ki, bu, koronavirus tədbirləri ilə əlaqədar verilən qərar idi. Deputatlardan bir neçəsi MSK sədrinə əl uzatsa da, onların əli havada qaldı, M.Pənahov onlara nə isə pıçıldadı və vəsiqələrini verdi.

Qeyd edək ki, mərasimdə deputat Vasif Talıbov və sabiq spiker Oqtay Əsədov iştirak etmirdi.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR