YAP-ı Heydər Əliyev tərəfdarlarından kimlər "təmizləyib"?

18-05-2020, 17:16 177 dəfə baxılıb

YAP-ı Heydər Əliyev tərəfdarlarından kimlər "təmizləyib"?


“Mənim 33-illik siyasi təcrübəm və müşahidələrim onu deməyə əsas verir ki, ölkəmizdə xoşa gəlməyən halların baş verməsinin əsas səbəbkarları keçmiş kommunistlərdən, komsomoldan və başqa partiyalardan hakimiyyətə transfer olunmuş kadrlardır”.

Yenisabah.az xəbər verir ki, bu fikirləri hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, keçmiş icra başçısı Musa Musayev bildirib.

Onun fikrincə, hər bir məmurun tərcümeyi-halı və keçmişi araşdırılmalıdır.

“1987-1993-cü illərdə bizlər Heydər Əliyevin müdafiəsinə qalxanda bu insanlar başqa respublikalarda və başqa qurumlarda qaçıb gizlənmişdilər. Bu tip adamlar fürsətdən istifadə edərək, hakimiyyətdə təmsil olunan bəzi vəzifə sahiblərinin köməkliyi ilə hakimiyyətin yuxarı eşalonunda özlərinə yer eləmiş, yaxın qohumlarını müxtəlif sahələrdə vəzifələrə yerləşdirmiş və deputat seçdirmişlər və məqsədli şəkildə Heydər Əliyevçilərə, YAP -nı yaradanlarına qarşı gizli mübarizə apararaq öz arzu və istəklərinə çatmışlar”, - deyə Musa Musayev vurğulayıb.

Onun sözlərinə görə, 1987-1993-cü illər ərzində Heydər Əliyevi müdafə edənlər, 1992-ci ilin aprelində yaş senzi ilə bağlı mitinqlərin təşkilatçıları, “91-lər”, YAP-ın qurucuları, 1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrində fəal iştirak edənlər tədricən vəzifədən uzaqlaşdırılıb:

“Ulu Öndərə, cənab Prezidentimiz İlham Heydər oğlu Əliyəvə sadiq və sədaqətli insanlar barədə yanlış, qərəzli məlumatlar verilərək onun komandasından, YAP-nın Siyasi Şurasından və rəhbər strukrturlardan uzaqlaşdırılmışlar. Nəticə isə göz qabağındadır! Mən inanıram və inanmaq istərdim ki, yaxın zamanda bəzi məsələlərə aydınlıq gətiriləcək, qərəzli və satqın bəzi vəzifəli şəxslərin, o cümlədən YAP-nın rəhbər struklarında özlərinə yuva qurmuş əqidəsiz və mövqəsiz adamlar ifşa edilərək öz layiqli cəzalarını alacaqlar!

İslahatlar dalğası Prezidənt Adminstrasiyasında, YAP-da və digər qurumlarda davamlı olmalıdır! Hər bir cinayətkar və rüşvətxor öz cəzasını almalıdır, bunu bütün Azərbaycan xalqı tələb edir. Azərbaycan xalqının 90 faizi cənab Prezidəntin arxasındadır, əgər lazım gələrsə, onun və dövlətimizin müstəqilliyi yolunda şəhid olmağa hazırıq!”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR