Putindən sərəncam - Çeçenistan rəhbərinin səlahiyyətlərini Kadirov icra edəcək

25-03-2016, 19:22 589 dəfə baxılıb

Rusiya prezidenti Vladimir Putin Ramzan Kadırovun Çeçenistan Respublikasının rəhbəri səlahiyyətlərini icra etməsinə dair sərəncam imzalayıb.
azinfo.tv -nin TASS-a istinadən verdiyi məlumata görə, V.Putin R.Kadırovun sentyabrda keçiriləcək seçkidə iştirak edəcəyinə ümidvar olduğunu bildirib.
"Aprelin 5-də səlahiyyət müddətiniz bitir. Sizin son illər çeçenlər, Respublikanın əhalisi və bu minvalla Rusiya üçün gördüyünüz işləri nəzərə alaraq, bu gün mən bu fərmanı imzaladım. Ümid edirəm ki, bu ilin sentyabrında seçkilərdə iştirak edəcəksiniz. Hesab edirəm ki, seçki zamanı çeçen xalqı sizin respublika üçün etdiklərinizi nəzərə alacaq. Lakin biz etdiklərimizlə kifayətlənməməliyik. Gələcəyə baxaraq xalqımız üçün daha çox iş görməliyik", - V.Putin deyib.
Qeyd edək ki, Ramzan Kadırov 15 fevral 2007-ci ildən Çeçenistan Respublikasına rəhbərlik edir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR